BTQ Kanaki-Yeni Kaledoniyada keçirilmiş əyalət seçkilərinin nəticələrinə dair görüş keçirib
Bakı Təşəbbüs Qrupunun (BTQ) təşkilatçılığı ilə Kanaki-Yeni Kaledoniyada keçirilmiş əyalət seçkilərinin nəticələrinə həsr olunmuş onlayn görüş təşkil edilib 525.az xəbər verir ki, görüşdə Fransanın müstəmləkəçiliyindən əziyyət çəkən Kanaki-Yeni Kaledoniya, Reyunyon, Mayot adası, Qəmər Adaları İttif

Bakı Təşəbbüs Qrupunun (BTQ) təşkilatçılığı ilə Kanaki-Yeni Kaledoniyada keçirilmiş əyalət seçkilərinin nəticələrinə həsr olunmuş onlayn görüş təşkil edilib 525.az xəbər verir ki, görüşdə Fransanın müstəmləkəçiliyindən əziyyət çəkən Kanaki-Yeni Kaledoniya, Reyunyon, Mayot adası, Qəmər Adaları İttifaqı və Fransız Qvianasından nümayəndələr iştirak edib Müzakirələr zamanı Kanaki-Yeni Kaledoniyanın müstəqilliyi uğurunda mübarizə aparan Kanak və Sosialist Milli Azadlıq Cəbhəsinin nümayəndəsi Jean-Baptiste Dialle seçkilərin müstəqillik tərəfdarları üçün uğur olduğunu bildirmişdir Bununla belə, Kanak xalqının nümayəndələri təəssüflə bildiriblər ki, Fransa hökumətinin siyasəti nəticəsində əhalinin bir hissəsində seçki prosesinə inam azalıb və müstəqilliyə aparan yolun yalnız səsvermə vasitəsilə həll olunacağına dair ümidlər zəifləyib. Bu səbəbdən yerli icma seçkilərdə fəal iştirak etməyib Reyunyonun müstəqilliyi uğrunda mübarizə aparan "Ka Ubuntu" partiyasının nümayəndəsi Orlane Taristasın sözlərinə görə, Kanaki-Yeni Kaledoniyada müstəqillik tərəfdarlarının əldə etdiyi uğur rəsmi Parisin seçki prosesinin şəffaflığına dair yaratdığı ciddi narahatlıqlar fonunda xüsusi əhəmiyyət kəsb edir Keçmiş siyasi məhbus, Kanaki-Yeni Kaledoniyanın müstəqilliyi uğrunda mübarizə aparan fəal Dimitri Qenegei seçkiləri uğurlu adlandırıb və bunu azadlıq mübarizəsinin növbəti mərhələsinə aparılan yol kimi qiymətləndirib Görüş zamanı BTQ-nin təşəbbüsü ilə Kanak xalqına və 28 iyun tarixli əyalət seçkilərində qalib gəlmiş nümayəndələrə dəstək məqsədilə simvolik flaşmob keçirilmişdir. İştirakçılar "Kanakiyə azadlıq", "Təbriklər" və digər dəstək şüarlarını nümayiş etdirmişlər Sonda görüş iştirakçıları Fransa müstəmləkəçiliyindən əziyyət çəkən xalqların mübarizəsinin beynəlxalq diqqətdə saxlanılmasına, onlara göstərilən dəstəyə və həmrəylik mesajlarına görə Bakı Təşəbbüs Qrupuna minnətdarlıqlarını bildiriblər


