Tenqri
Ana Səhifə
Dünya

Özbəkistan Dövlət Konservatoriyasında Azərbaycan musiqisi səslənib

Daşkənddə yerləşən Özbəkistan Dövlət Konservatoriyasında Azərbaycan musiqisinin zəngin irsinə həsr olunmuş konsert proqramı təqdim edilib 525.az xəbər verir ki, konserti Azərbaycanın Özbəkistandakı səfirliyinin nümayəndələri, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbə

0 baxış525.az
Özbəkistan Dövlət Konservatoriyasında Azərbaycan musiqisi səslənib
Paylaş:

Daşkənddə yerləşən Özbəkistan Dövlət Konservatoriyasında Azərbaycan musiqisinin zəngin irsinə həsr olunmuş konsert proqramı təqdim edilib 525.az xəbər verir ki, konserti Azərbaycanın Özbəkistandakı səfirliyinin nümayəndələri, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbərliyi, ali təhsil müəssisələrinin rektorları, tanınmış musiqişünaslar, professor-müəllim heyəti, incəsənət xadimləri və çoxsaylı musiqisevərlər izləyiblər Proqramda Azərbaycanın Əməkdar artisti, Beynəlxalq Muğam Mərkəzinin direktoru, Özbəkistanın Mədəniyyət səfiri Sahib Paşazadə və Xalq artisti, görkəmli pianoçu Yeganə Axundova Özbəkistan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə çıxış ediblər Özbəkistanın Xalq artisti Kamoliddin Urinbayevin bədii rəhbərliyi və baş dirijorluğu keçirilən konsertdə Azərbaycan bəstəkarlarının seçilmiş əsərləri səsləndirilib Konsert proqramı, həmçinin Özbəkistan Dövlət Konservatoriyasının yenilənmiş konsert zalının açılışı münasibətilə təşkil olunan ilk böyük musiqi tədbirlərindən biri kimi xüsusi əhəmiyyət daşıyıb. Azərbaycanlı sənətçilər görkəmli bəstəkarlarımız Fikrət Əmirovun və Hacı Xanməmmədovun ölməz əsərlərini yüksək peşəkarlıqla təqdim ediblər Fikrət Əmirovun “Min bir gecə” baletindən süita, F. Əmirov və E. Nəzirova “Fortepiano və orkestr üçün ərəb mövzularında konsert”i, eləcə də Hacı Xanməmmədovun “Tar və orkestr üçün 2 nömrəli Konsert”i Azərbaycan musiqisinin ecazkar gözəlliyini və yüksək bədii-estetik dəyərini bir daha nümayiş etdirib Konsertin sonunda Beynəlxalq Muğam Mərkəzinin direktoru Sahib Paşazadə Özbəkistan Dövlət Konservatoriyasının rektoru Kamoliddin Urinbayevə xatirə hədiyyələri təqdim edib Özbəkistanda səfərdə olan azərbaycanlı sənətkarlar konsert proqramından əlavə, həm də Özbəkistan Dövlət Konservatoriyasının Dövlət İmtahan Komissiyasına sədrlik ediblər Qeyd edək ki, ötən ilin dekabrında Azərbaycanda keçirilən Özbəkistan Mədəniyyət Günləri çərçivəsində Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Yeganə Axundova və Sahib Paşazadə Özbəkistan Dövlət Simfonik Orkestri ilə birlikdə konsert proqramı ilə çıxış ediblər

Kaynak: 525.az

Diğer Haberler