Zabit olmaq istəyənlərin diqqətinə!
Milli Müdafiə Universiteti cari ilin 29 iyun - 13 iyul tarixlərində Hərbi Hava Qüvvələri ixtisasları üzrə “Zabit hazırlığı kursu”na sənəd qəbulu elan edir Publika.az xəbər verir ki, “Zabit hazırlığı kursu”na ali təhsilli, müddətli həqiqi hərbi xidmət keçmiş Azərbaycan Respublikasının 35 yaşınadək k
.jpg&w=2048&q=70)
Milli Müdafiə Universiteti cari ilin 29 iyun - 13 iyul tarixlərində Hərbi Hava Qüvvələri ixtisasları üzrə “Zabit hazırlığı kursu”na sənəd qəbulu elan edir Publika.az xəbər verir ki, “Zabit hazırlığı kursu”na ali təhsilli, müddətli həqiqi hərbi xidmət keçmiş Azərbaycan Respublikasının 35 yaşınadək kişi cinsli vətəndaşları müraciət edə bilərlər Kursa qəbul olmaq üçün müraciət etmiş namizədlər hərbi xidmətə yararlılıq dərəcəsinin müəyyən edilməsi məqsədilə Müdafiə Nazirliyinin müvafiq tibb müəssisələrinə göndərilir və Hərbi Həkim Komissiyasının qərarına əsasən zabitlərin həqiqi hərbi xidmətinə yararlı hesab edilmiş şəxslər müsabiqə mərhələsinə buraxılırlar Namizədlər müsabiqə mərhələsində fərdi-psixoloji və fiziki hazırlığı, ümumi bilik səviyyəsi və ixtisas uyğunluğu nəzərə alınmaqla kursa qəbul edilirlər mmu.edu.az saytının “Təhsil müəssisələrinə qəbul” bölməsindəki “Zabit hazırlığı kursu” hissəsində hərbi uçot ixtisaslarının ali təhsil ixtisaslarına uyğunluğu barədə ətraflı məlumat əldə etmək mümkündür Radioelektron mübarizə; Hava hücumundan müdafiə; Bu saytın “Təhsil müəssisələrinə qəbul” bölməsindəki “Zabit hazırlığı kursu” hissəsində hərbi uçot ixtisaslarının ali təhsil ixtisaslarına uyğunluğu barədə ətraflı məlumat əldə etmək mümkündür Tələb olunan sənədlər: kursa qəbul olunmaq barədə ərizə; tərcümeyi-hal (1 nüsxədə); təhsil haqqında sənədin surəti (1 nüsxədə); xarici dövlətlərdə təhsil almış namizədlərin ixtisaslarının Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) tərəfindən tam tanınmasına (akademik və peşə) dair sənədin notarial qaydada təsdiq edilmiş surəti; doğum haqqında şəhadətnamənin surəti (1 nüsxədə); yaşayış yeri və ailə tərkibi haqqında arayış (1 nüsxədə); əlavə peşə və ya ixtisasınız varsa təsdiqedici sənədlərin surəti (diplom, sertifikat, şəhadətnamə və s.); şəxsiyyət vəsiqəsinin surəti və ya yeni nəsil şəxsiyyət vəsiqəsindən çıxarış (1 nüsxədə); sürücülük vəsiqəsinin surəti (əgər varsa, 1 nüsxədə); nikah haqqında şəhadətnamənin surəti (evli olduqda, 1 nüsxədə); həyat yoldaşının və uşaqların şəxsiyyət vəsiqələrinin surəti (1 nüsxədə); rəngli fotoşəkil (baş geyimsiz, anfas, 6 ədəd 3x4 sm və 1 ədəd 9x12 sm); hərbi biletin bütün vərəqlərinin surəti (notarial qaydada təsdiq olunmuş, 1 nüsxədə); psixonevroloji, narkoloji, vərəm və dəri-zöhrəvi dispanserlərdən (kabinetlərdən) qeydiyyatda olub-olmaması haqqında arayışlar müraciət etmək istəyən namizədlər mmu.edu.az saytının “Təhsil müəssisələrinə qəbul” bölməsindəki “Zabit hazırlığı kursu” hissəsinə keçid edərək elektron sənəd qəbulu portalından müvafiq sənədlərlə tanış ola bilərlər; məhkumluğunun ödənilməsindən asılı olmayaraq məhkum olunmuş hərbi vəzifəlilərin kursa qəbul üçün müraciət etməmələri xahiş olunur Türkoloji Qurultayın ilk günündən - Görüntülər Penitensiar xidmətə qulluğa qəbul qaydalarında dəyişiklik edildi Bu ərazilərdə qaz kəsiləcək Peşə-əmək Reabilitasiyası Mərkəzinə daha 153 nəfər qəbul edildi “Türk Dünyası Həftəsi”nin rəsmi açılış mərasimi keçirildi - Fotolar Azər Mursaqulov rəisi vəzifəsindən azad etdi Xameneinin müavini öldü İsrail Müdafiə Qüvvələri tam hazır vəziyyətdədir, zərbə üçün hədəflər var - Katz Avropadakı rekord istilər Azərbaycana da gələcək? - Açıqlama Şagirdlərin dərs və məşğələdə mobil telefondan istifadəsi qadağan edilir - Rəsmi Rusiya Ermənistanı referendum keçirməyə çağırdı - Moskva nədən narahatdır? İyulda 42° isti olacaq - AYLIQ PROQNOZ Dünya mat qalıb: ABŞ “görüş olacaq”, İran “olmayacaq” deyir Rusiya ilə Ukraynanın İstanbul razılaşmasını bu ölkələr pozub – Türkiyə hər şeyi açıqladı


