Qırğızıstan yeni yanacaq tədarükçüləri axtarır: altı ölkə ilə danışıqlar aparılır
Qırğızıstan rəsmi sorğular göndərib və yanacaq-sürtkü materiallarının alınması ilə bağlı Rusiya, Belarus, Azərbaycan, Qazaxıstan, Özbəkistan və Türkmənistanın müvafiq dövlət qurumları ilə danışıqlar aparır. Bu barədə Qırğızıstanın Energetika Nazirliyi məlumat yayıb İdarə iddia edir ki, gündəlik ola

Qırğızıstan rəsmi sorğular göndərib və yanacaq-sürtkü materiallarının alınması ilə bağlı Rusiya, Belarus, Azərbaycan, Qazaxıstan, Özbəkistan və Türkmənistanın müvafiq dövlət qurumları ilə danışıqlar aparır. Bu barədə Qırğızıstanın Energetika Nazirliyi məlumat yayıb İdarə iddia edir ki, gündəlik olaraq vəziyyətə nəzarət edir və əhalinin fasiləsiz olaraq benzin və dizel yanacağı ilə təmin olunması üçün çalışır. Energetika Nazirliyi ölkəyə tədarükləri “əvvəllər bağlanmış müqavilələr əsasında sabit” adlandırıb Bununla belə, nazirlik daxili bazarın xarici amillərə qarşı həssaslığını etiraf edir: "Qırğızıstan yanacaq-sürtkü materiallarının əsas hissəsini idxal edir. Bu baxımdan qlobal enerji bazarında baş verən dəyişikliklər, o cümlədən Yaxın Şərqdəki geosiyasi gərginlik, beynəlxalq logistika riskləri və neftin dünya qiymətlərinin artması ölkənin daxili bazarına birbaşa təsir göstərir" Qırğızıstan ciddi şəkildə xarici tədarüklərdən asılıdır: respublika ümumi yanacaq həcminin təxminən 90-95%-ni Rusiyadan idxal edir. Ölkədə yanacaq-sürtkü materiallarının orta illik istehlakı 1,5 milyon tona yaxındır Hazırda Qırğızıstanın bəzi yanacaqdoldurma məntəqələrində artıq Aİ-95 və Aİ-98 markalı benzin qıtlığı qeydə alınıb Vəziyyəti Rusiya Federasiyasının özündə daxili problemlər daha da gərginləşdirir. İyun ayında Rusiyanın bir çox regionlarında, eləcə də Ukraynanın Moskva tərəfindən ilhaq edilmiş ərazilərində əhəmiyyətli dərəcədə benzin qıtlığı yaranıb və bu, qiymətlərin kəskin artmasına səbəb olub. Mütəxəssislər bunu Ukrayna pilotsuz təyyarələrinin Rusiya neft emalı zavodlarına müntəzəm hücumları ilə əlaqələndirirlər ki, bu da hasilatda fasilələrlə nəticələnir Bunun fonunda Bişkek alternativ təchizatçılar axtarmağa başladı. Bir müddət əvvəl Nazirlər Kabineti sədrinin birinci müavini Daniyar Amangeldiyev rəsmi olaraq bəyan etmişdi ki, Qırğızıstan hökuməti Rusiyadan başqa digər ölkələrdən də yanacaq idxalı və alternativ marşrutları ətraflı nəzərdən keçirir Yanacaqdoldurma məntəqələrində kəskin qiymət artımının qarşısını almaq və bazarı sabitləşdirmək üçün Nazirlər Kabineti bir sıra iqtisadi tədbirlər həyata keçirib: Mayın 25-dən hökumət yanacağın daşınması və satışı ilə məşğul olan şirkətlərə subsidiyalar verməyə başlayıb. Bu dəstək tədbiri sentyabrın 30-dək davam edəcək Çuy vilayətinin Kara-Balta şəhərindəki “Junda” zavodunun qarşısına ayda 24 min ton benzin istehsal etmək və bu ilin sonuna qədər bu həcmi 50 min tona çatdırmaq tapşırılıb Azattyq Asia – Azad Avropa/Azadlıq Radiosunun Mərkəzi Asiya üzrə rusdilli şöbəsi, AzadlıqRadiosu Azattyk Asia © 2026 RFE/RL, Inc. | Bütün hüquqlar qorunur


