İrana silah tədarük etdiyinə görə: Tramp Çini cəzalandırmaqla hədələyir
Pekin Tehrana silah tədarük edərsə, ABŞ Çinə yeni ticarət tarifləri tətbiq edəcək Bunu ABŞ Prezidenti Donald Tramp “Fox News” telekanalına müsahibəsində deyib "Çinin İranı raketlə təmin etməsi ilə bağlı xəbərlər görmüşəm. Onların bunu edəcəyinə şübhə edirəm, çünki bizim onlarla münasibətimiz var

Pekin Tehrana silah tədarük edərsə, ABŞ Çinə yeni ticarət tarifləri tətbiq edəcək Bunu ABŞ Prezidenti Donald Tramp “Fox News” telekanalına müsahibəsində deyib "Çinin İranı raketlə təmin etməsi ilə bağlı xəbərlər görmüşəm. Onların bunu edəcəyinə şübhə edirəm, çünki bizim onlarla münasibətimiz var, bunu etməzdilər. Bəlkə də (Yaxın Şərqdəki münaqişənin) əvvəlində (İrana) bir az kömək ediblər, amma indi bu, çətin ki. Amma onları bunu edərkən yaxalasaq, onlar 50% tarif alacaqlar", - Mario Bara müsahibəsində Tramp bildirib CNN daha əvvəl bildirmişdi ki, ABŞ kəşfiyyatı Pekinin yaxın gələcəkdə Tehrana hava hücumundan müdafiə sistemləri göndərməyə hazır olması barədə xəbərdarlıq edib. Çinin Vaşinqtondakı səfirliyi bu cür ehtimalları təkzib edib. Çin tərəfi münaqişənin heç bir tərəfinə kömək etmədiyini təkid edir. Aprelin 11-də Ağ Evdə jurnalistlərlə söhbəti zamanı ABŞ prezidenti bildirib ki, Çin İrana hərbi yardım etsə, ölkə “böyük problemlərlə” üzləşəcək


