Bir neçə gün ərzində onlarla əcnəbi Gürcüstandan deportasiya edilib
Son bir neçə gündə Gürcüstanın Miqrasiya İdarəsinin əməkdaşları Gürcüstanda qeyri-qanuni yaşayan 45 əcnəbini ölkədən çıxarıblar Sputnik Gürcüstan xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb Keniya, Türkmənistan, Qırğızıstan, Rusiya, Qazaxıstan, Pakistan, Əlcə

Son bir neçə gündə Gürcüstanın Miqrasiya İdarəsinin əməkdaşları Gürcüstanda qeyri-qanuni yaşayan 45 əcnəbini ölkədən çıxarıblar Sputnik Gürcüstan xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb Keniya, Türkmənistan, Qırğızıstan, Rusiya, Qazaxıstan, Pakistan, Əlcəzair, Tailand, Uqanda, Hindistan, Banqladeş, Tanzaniya, Efiopiya, Nigeriya və Sudan vətəndaşları ölkədən çıxarılıb. Onların hamısı icazə verilən qalma müddətini keçib və qanuni əsas olmadan ölkədə olublar Mövcud qanunvericiliyə uyğun olaraq deportasiya edilmiş şəxslərin Gürcüstana girişi qadağandır. Xarici vətəndaşların ölkədən çıxarılması barədə qərarı həm Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya Departamenti, həm də məhkəmə verir Ölkədən çıxarılan əcnəbilərə iki ildən beş ilədək müddətə Gürcüstana giriş qadağan edilir. Bu məhdudiyyət ölkəni könüllü tərk edənlərə şamil edilmir. Gürcüstan hakimiyyəti 2026-cı ilin birinci rübündə 904 əcnəbini ölkədən çıxarıb – Türkiyə vətəndaşları “liderlik edir”


