ABB Bank bu il də səhmdarlarına AZN məbləğində dividend ödəyəcək! (FOTO)
7 may 2026-cı il tarixində ABB Bankın Səhmdarlarının Ümumi Yığıncağı keçirilmişdir. İclasda ABB Bankın kənar auditor tərəfindən təqdim olunmuş 2025-ci il üzrə maliyyə hesabatları təsdiq edilib, bir sıra təşkilati məsələlərə baxılıb və 2025-ci ilin maliyyə nəticələrinə əsasən ABB Bankın səhmdarlarına

7 may 2026-cı il tarixində ABB Bankın Səhmdarlarının Ümumi Yığıncağı keçirilmişdir. İclasda ABB Bankın kənar auditor tərəfindən təqdim olunmuş 2025-ci il üzrə maliyyə hesabatları təsdiq edilib, bir sıra təşkilati məsələlərə baxılıb və 2025-ci ilin maliyyə nəticələrinə əsasən ABB Bankın səhmdarlarına dividendlərin ödənilməsi barədə qərar qəbul edilib Mətbuat konfransında Bankın İdarə Heyətinin sədri Abbas İbrahimov qərarı açıqlayıb və bildirib ki, ötənilki mənfəətdən 200 milyon manat dividend olaraq səhmdarlara ödəniləcək Onun sözlərinə görə, bu o deməkdir ki, ABB Bank ardıcıl 8-ci ildir ki, öz səhmdarlarına yüksək dividendlər ödəyəcək. Bu il ABB Bankın səhmdarları Bankın əvvəlki il üzrə mənfəətindən nominal dəyərin 15,6%-i həcmində dividend gəliri əldə edəcəklər Səhmdarların səhmlərinin bölgüsünə uyğun olaraq manat dividenddən manatı dövlətə, 16 000 000 manatı isə ABB Bankın digər səhmdarlarına ödəniləcək Abbas İbrahimov ABB Bankın 2026-2028-ci illər üçün yeni strateji inkişaf hədəfləri haqqında da danışıb: "Hədəf seqmentlərində bazar liderliyi, yeni sahələrə genişlənmə, inteqrasiya olunmuş müştəri mərkəzliliyi və ölkə üzrə istedadların cəlb edilməsində liderlik yeni strategiyamızın əsas məqsədləridir. Süni intellektlə idarə olunan innovasiyalar bu işdə əsas hərəkətverici qüvvəmiz olacaq" İdarə Heyətinin sədri jurnalistlərə ABB Bank-ın 2025-ci il və cari ilin yanvar-aprel aylarındakı fəaliyyəti, o cümlədən maliyyə göstəriciləri, həyata keçirilən inkişaf layihələri və süni intellekt əsasında həllər haqqında ətraflı məlumat verib Mətbuat konfransında həmçinin ABB Bankın 2025-ci il üçün Davamlı İnkişaf Hesabatının təqdimatı olub. Media nümayəndələrinin çoxsaylı sualları cavablandırılıb

