Tenqri
Ana Səhifə
Dünya

Yuri Boçarov: Azərbaycanın İkinci Dünya müharibəsindəki qəhrəmanlığı unudulmamalıdır

Azərbaycan xalqının İkinci Dünya müharibəsində faşizm üzərində Qələbənin qazanılmasına verdiyi töhfə danılmazdır və bu tarixi yaddaşın qorunması, xüsusilə gələcək nəsillərin vətənpərvərlik ruhunda yetişdirilməsi baxımından böyük əhəmiyyət daşıyır Bu fikirləri AZƏRTAC-a açıqlamasında israilli polito

0 baxışazertag.az
Yuri Boçarov: Azərbaycanın İkinci Dünya müharibəsindəki qəhrəmanlığı unudulmamalıdır
Paylaş:

Azərbaycan xalqının İkinci Dünya müharibəsində faşizm üzərində Qələbənin qazanılmasına verdiyi töhfə danılmazdır və bu tarixi yaddaşın qorunması, xüsusilə gələcək nəsillərin vətənpərvərlik ruhunda yetişdirilməsi baxımından böyük əhəmiyyət daşıyır Bu fikirləri AZƏRTAC-a açıqlamasında israilli politoloq Yuri Boçarov səsləndirib Politoloq bildirib ki, Azərbaycan xalqının və respublikada yaşayan digər xalqların İkinci Dünya müharibəsində nümayiş etdirdiyi qəhrəmanlıq daim ehtiramla yad olunmalıdır. “Azərbaycan xalqının İkinci Dünya müharibəsində Qələbəyə verdiyi böyük töhfəni qeyd etməmək mümkün deyil. Bu tarixdə Bakı neftçilərinin, əmək adamlarının, cəbhə üçün gecə-gündüz çalışan insanların fədakarlığı xüsusi yer tutur”, – deyə Yuri Boçarov vurğulayıb Onun sözlərinə görə, yüz minlərlə azərbaycanlı müharibəyə yollanıb və onların böyük hissəsi döyüş meydanlarından geri qayıtmayıb “Bakı ordunun yanacaqla təmin olunmasında, tibbi yardımın göstərilməsində və hərbi logistikanın təşkilində əsas mərkəzlərdən birinə çevrilmişdi”, – deyə israilli politoloq əlavə edib Politoloq vurğulayıb ki, ən vacib məsələ bu tarixi yaddaşın Azərbaycan cəmiyyəti üçün daşıdığı mənəvi dəyərdir “Bu yaddaş ilk növbədə bizim özümüz üçün vacibdir. O, uşaqlarımız və gələcək nəsillər üçün böyük əhəmiyyət daşıyır. Gənclərin atalarının, babalarının və ulu babalarının qəhrəmanlıq nümunələri əsasında tərbiyə olunması bu gün qarşıda duran ən mühüm vəzifələrdən biridir. Vacib olan öz qəhrəmanlarımızın xatirəsini ehtiramla yaşatmaq, bu qürur hissini gələcək nəsillərə ötürmək və gəncləri cəsarət, fədakarlıq və Vətən sevgisi ruhunda yetişdirməkdir”, – deyə Yuri Boçarov qeyd edib O əlavə edib ki, gənc nəsil öz xalqının qəhrəmanlıq tarixini bilməli, ölkəsinin nailiyyətləri ilə fəxr etməlidir 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler