Tenqri
Ana Səhifə
Dünya

Latviyada “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda tədbir təşkil olunub

Azərbaycanın Latviyadakı səfirliyində Ümummilli Lider, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda tədbir keçirilib Bildirilib ki, Azərbaycanın Latviy

0 baxışazertag.az
Latviyada “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda tədbir təşkil olunub
Paylaş:

Azərbaycanın Latviyadakı səfirliyində Ümummilli Lider, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda tədbir keçirilib Bildirilib ki, Azərbaycanın Latviyadakı səfiri Elnur Sultanov çıxışında Ulu Öndərin mənalı həyat yolu, Azərbaycan xalqı qarşısında misilsiz xidmətləri, ölkəmizin müstəqil dövlət kimi qurulmasında oynadığı müstəsna rolundan, həmçinin əsasını qoyduğu dövlət gənclər siyasətindən bəhs edib E.Sultanov qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi dövrlərdə bütün sahələrdə ciddi nailiyyətlər əldə edilib. Ümummilli Lider Heydər Əliyev sağlam düşüncəli, milli-mənəvi dəyərlərə bağlı gənc nəslin formalaşması və inkişafına xüsusi diqqət yetirib. Bu gün dövlətin gənclər siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilərək, yeni inkişaf mərhələsinə qədəm qoyub E.Sultanov diqqətə çatdırıb ki, Azərbaycanda həyata keçirilən uğurlu gənclər siyasəti nəticəsində vətənpərvər ruhda formalaşmış gənc nəsil 44 günlük Vətən müharibəsi zamanı öz vətənpərvərliyini, gücünü və əzmini parlaq şəkildə nümayiş etdirib Heydər Əliyevin Azərbaycan ilə Latviya arasında əlaqələrin banisi olduğunu söyləyən səfir deyib ki, bu əlaqələr strateji tərəfdaşlıq səviyyəsinə yüksələrək, müxtəlif sahələrdə uğurla inkişaf edir. Bu xüsusda, cari ilin aprel ayında Latviya Prezidentinin Azərbaycana səfərinin və Şuşada keçirilən Azərbaycan və Latviya arasında Hökumətlərarası Komissiyasının 9-cu iclasının əhəmiyyəti vurğulandı Diplomat iki ölkə arasında təhsil sahəsində sıx əməkdaşlıq əlaqələrindən söz açaraq, Latviyada təhsil alan tələbələri təhsil müddəti zamanı hərtərəfli akademik biliklərə sahib olmağa çağırıb Latviya Seyminin üzvü, eyni zamanda Seymin Azərbaycan Parlamenti ilə əməkdaşlığın təşviqi qrupunun üzvü Amil Səlimov çıxış edərək Ümummilli Lider Heydər Əliyevin Azərbaycan tarixində müstəsna şəxsiyyət olduğunu, Azərbaycanın gələcəyə yönəlmiş davamlı inkişafının əsaslarının məhz Ulu Öndər tərəfindən qoyulduğunu vurğulayıb. O qeyd edib ki, Azərbaycan ilə Latviya arasında əlaqələr uğurla inkişaf edir və ildən-ilə Latviyada artan azərbaycanlı tələbələrin sayı bunun bariz nümunəsidir Sonra "Azərbaycanlı Tələbələr və Məzunlar Platforması" İctimai Birliyinin İcraçı direktoru Güldanə Dadaşova öz videomüraciətində Ümummilli Lider Heydər Əliyevin hər zaman Azərbaycan gəncliyinə dəstək verdiyini və onları Azərbaycanın gələcəyi kimi gördüyünü, onların inkişafına, təhsilinə və beynəlxalq arenada təmsilçiliyinə xüsusi diqqət ayırdığını söyləyib G.Dadaşova İctimai Birliyin fəaliyyəti barədə məlumat verərək, Latviyada təhsil alan azərbaycanlı tələbələri əməkdaşlığa dəvət edib Daha sonra Ümummilli Lider Heydər Əliyevin zəngin həyat və fəaliyyətini əks etdirən “İz” sənədli filmi nümayiş etdirilib 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler