Tenqri
Ana Səhifə
Dünya

Yekaterina Quntsadze: "Orta Dəhliz Asiya-Avropa enerji körpüsünə çevrilir"

Orta Dəhliz bu gün nəqliyyat gündəliyi çərçivəsindən kənara çıxaraq, Asiya ilə Avropa arasında enerji bağlılığı üzrə strateji platformaya çevrilir və regional təhlükəsizliyin, eləcə də dayanıqlılığın yeni modelini formalaşdırır "Report"un Səmərqəndə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Gürcüs

0 baxışreport.az
Yekaterina Quntsadze: "Orta Dəhliz Asiya-Avropa enerji körpüsünə çevrilir"
Paylaş:

Orta Dəhliz bu gün nəqliyyat gündəliyi çərçivəsindən kənara çıxaraq, Asiya ilə Avropa arasında enerji bağlılığı üzrə strateji platformaya çevrilir və regional təhlükəsizliyin, eləcə də dayanıqlılığın yeni modelini formalaşdırır "Report"un Səmərqəndə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Gürcüstanın maliyyə nazirinin müavini Yekaterina Quntsadze Asiya İnkişaf Bankının (ADB) Rəhbərlər Şurasının 59-cu illik toplantısı çərçivəsində Asiya superşəbəkəsinin yaradılması perspektivlərinə həsr olunmuş seminarda bildirib Onun sözlərinə görə, müasir enerji sistemi artıq təkcə elektrik enerjisi demək deyil: "Regionda Gürcüstandan keçən və Azərbaycan neft və qazının Türkiyəyə, daha sonra isə Avropaya tranzitini təmin edən boru kəmərləri uzun müddətdir fəaliyyət göstərir" Nazir müavini bildirib ki, hazırda növbəti layihə – Qara dənizin dibi ilə Avropa istiqamətində elektrik kabelinin çəkilməsini müzakirə edilir: "Bunlar həm geosiyasi, həm də geotexniki baxımdan mürəkkəb və kapital tutumlu qərarlardır. Region mürəkkəb relyefi ilə seçilir: infrastrukturun çəkilməsi tələb olunan dağlıq ərazilər, çoxsaylı çaylar, zəngin təbii resurslar. Hətta su elektrik stansiyalarının tikintisi də asan olmayan ictimai və iqtisadi dialoq tələb edir" O vurğulayıb ki, kommersiya səmərəliliyi, maliyyə məqsədəuyğunluğu və enerji təhlükəsizliyi vəzifələri arasında balans tapmaq üçün belə layihələr diqqətli hazırlıq və izahat işləri tələb edir Nazir müavini, həmçinin qeyd edib ki, Avropa təcrübəsinin vacibliyinə baxmayaraq, Cənubi Qafqaz və Asiya ölkələrinin fərdi qərarlar tələb edən özünəməxsus xüsusiyyətləri var Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir

Kaynak: report.az

Diğer Haberler