Tenqri
Ana Səhifə
Dünya

Muxtar Babayev: "Son dövrlərdə müxtəlif regionlarda baş verən münaqişələr ətraf mühitə əlavə təzyiq yaradır"

Son dövrlərdə müxtəlif regionlarda baş verən münaqişələr ətraf mühitə əlavə təzyiq yaradır "Report" xəbər verir ki, bunu Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev Bakıda "Caspian Agro Week" çərçivəsində keçirilən V Aqrobiznesin İnkişafı Forumunda bildirib Onun sözlə

0 baxışreport.az
Muxtar Babayev: "Son dövrlərdə müxtəlif regionlarda baş verən münaqişələr ətraf mühitə əlavə təzyiq yaradır"
Paylaş:

Son dövrlərdə müxtəlif regionlarda baş verən münaqişələr ətraf mühitə əlavə təzyiq yaradır "Report" xəbər verir ki, bunu Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev Bakıda "Caspian Agro Week" çərçivəsində keçirilən V Aqrobiznesin İnkişafı Forumunda bildirib Onun sözlərinə görə, iqlim dəyişiklikləri kənd təsərrüfatına çox ciddi təsir göstərir: "Amma məsələ bununla bitmir. Kənd təsərrüfatı özü də bu prosesin bir hissəsidir. Bu sektor qlobal istixana qazı emissiyalarının təxminən dörddə birini təşkil edir. Bu isə o deməkdir ki, kənd təsərrüfatı həm risklərlə üzləşən, həm də bu riskləri formalaşdıran əsas səbəblərə çevrilir. Buna görə də uyğunlaşma tədbirləri ilə yanaşı karbon emissiyalarının azaldılması da xüsusi əhəmiyyət daşıyır" O əlavə edib ki, eyni zamanda, son dövrlərdə müxtəlif regionlarda baş verən münaqişələr də ətraf mühitə əlavə təzyiq yaradır: "Bu proseslər torpaq örtüyünün pozulmasına səbəb olur, toz və digər atılmaların atmosferə yayılmasını artırır. Bu təsirlər artıq daha geniş ərazilərdə, o cümlədən qonşu regionlarda da hiss olunur. Çay və dəniz ekosistemləri də bu proseslərin təsirinə məruz qalır. Belə hallar təbii proseslərə əlavə təsir göstərir" Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir

Kaynak: report.az

Diğer Haberler