Yazıçı Mustafa Çəmənli Azərbaycan Prezidentinə təşəkkür məktubu ünvanlayıb
Xəbər verildiyi kimi, bu günlərdə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə bir qrup mədəniyyət xadiminə Prezidentin fərdi təqaüdü verilib. Fərdi təqaüd alanlar arasında yazıçı, publisist, Əməkdar mədəniyyət işçisi Mustafa Çəmənli (Mus

Xəbər verildiyi kimi, bu günlərdə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə bir qrup mədəniyyət xadiminə Prezidentin fərdi təqaüdü verilib. Fərdi təqaüd alanlar arasında yazıçı, publisist, Əməkdar mədəniyyət işçisi Mustafa Çəmənli (Mustafayev Mustafa Şura oğlu) də var. Mustafa Çəmənli Azərbaycan Prezidentinin fərdi təqaüdünə layiq görülməsi münasibətilə dövlət başçısı İlham Əliyevə təşəkkür məktubu ünvanlayıb. Məktubun mətnini təqdim edirik: “Möhtərəm cənab Prezident! Azərbaycan Respublikasının sadə vətəndaşı kimi mənim üçün ən böyük mükafat Sizin sərkərdəliyinizlə erməni işğalından azad edilmiş Vətənimizin bir parçası olan Qarabağdır. Sizin Sərəncamınızla on bir nəfər Azərbaycan mədəniyyət xadiminə Prezident təqaüdü verilib. Adımın bu siyahıda olmasından qürur duyur, Sizə, cənab Prezident, böyük diqqətinizə görə sonsuz təşəkkürümü bildirirəm. Bu mükafatı həm də mənim 30 il ərzində Qarabağ xanlığının tarixindən, onun azadlığı uğrunda şücaət göstərən şəxsiyyətlərin həyat və fəaliyyətlərindən bəhs edən “Xallı gürzə” tarixi romanıma, “Ruhların üsyanı”, “Üçyaşlı əsir” povestlərimə, Azərbaycanın Milli Qəhrəmanı Asif Məhərrəmova həsr etdiyim “Fred Asif” sənədli romanıma, Mübariz İbrahimov haqqında yazdığım “Mübariz” sənədli povestimə, tərtibçisi olduğum çoxsaylı kitablara verilmiş ən yüksək qiymət hesab edir, bir daha Sizə öz dərin minnətdarlığımı çatdırıram Dərin hörmətlə, Mustafayev Mustafa Şura oğlu


