Davit Volkov Azərbaycan Premyer Liqasında 200-cü oyununu keçirib
Misli Premyer Liqasının XXXI turu "Zirə"nin futbolçusu Davit Volkov üçün əlamətdar olub "Report" Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, o, turnirdə 200-cü oyununu keçirib Gürcüstanlı legioner "İmişli" ilə səfər matçının (0:0) 61-ci dəqiqəsində meydana daxil olub. Hücumçu 200 görüşdə 60

Misli Premyer Liqasının XXXI turu "Zirə"nin futbolçusu Davit Volkov üçün əlamətdar olub "Report" Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, o, turnirdə 200-cü oyununu keçirib Gürcüstanlı legioner "İmişli" ilə səfər matçının (0:0) 61-ci dəqiqəsində meydana daxil olub. Hücumçu 200 görüşdə 60 qola imza atıb Debütü 2018/2019 mövsümünə təsadüf edən Volkov Premyer Liqada üç klubda çıxış edib. O, "Qəbələ"də 27 (7 qol), "Sabah"da 63 (16 qol), "Zirə"də 110 (37 qol) matçın iştirakçısı olub Qeyd edək ki, Davit Premyer Liqada 200-cü oyunu cari mövsümə təsadüf edən 5-ci futbolçudur. Onadək Filip Ozobiç, Elvin Bədəlov, Elvin Yunuszadə və Abdullah Zubir buna nail olub Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir
Diğer Haberler

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Cəbrayıl rayonunun Şükürbəyli kəndinə köçən sakinlərlə görüşüblər

Latviyada “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda tədbir təşkil olunub
