Yamaldan bu addım çempionat şənliklərində iz buraxdı
La Liqada Real Madridi 2:0 hesabı ilə məğlub edərək 29-cu çempionluğunu elan edən Barselonada bayram tədbirləri davam edir. Kataloniya komandasının şəhər turu zamanı bir an gecəyə damğasını vurub "Barselona"nın futbolçuları çempionluqdan sonra üstü açıq avtobusla şəhər turuna çıxıblar. Azarkeşləri

La Liqada Real Madridi 2:0 hesabı ilə məğlub edərək 29-cu çempionluğunu elan edən Barselonada bayram tədbirləri davam edir. Kataloniya komandasının şəhər turu zamanı bir an gecəyə damğasını vurub "Barselona"nın futbolçuları çempionluqdan sonra üstü açıq avtobusla şəhər turuna çıxıblar. Azarkeşlərin böyük marağına səbəb olan bayram şənliyində futbolçular böyük coşqu yaşayıblar. Çempionat şənliyi boyu alqışlar və rəngarəng görüntülər diqqət çəkib Bayram şənliklərində “Barselona”nın gənc ulduzu Lamine Yamalın Fələstin bayrağını açdığı anlar diqqət çəkib. İspan futbolçunun bu hərəkəti qısa zamanda böyük marağa səbəb olub. Gənc yaşına baxmayaraq dünyanın ən diqqətçəkən futbolçularından sayılan Yamalın bu hərəkəti bayramın ən çox danışılan anlarından birinə çevrilib

