Tenqri
Ana Səhifə
İdman

Daha 8 azərbaycanlı Ukraynada həlak oldu - ADLAR

Rusiyanın Ukraynaya qarşı apardığı müharibədə həyatını itirən azərbaycanlı əsilli hərbçilərin sayı artmaqda davam edir Modern.az xəbər verir ki, müxtəlif vaxtlarda Rusiya ordusunun tərkibində döyüşlərdə iştirak edən daha 8 Azərbaycan əsilli hərbçi və Azərbaycan vətəndaşının öldüyü məlum olub Həlak

0 baxışmodern.az
Daha 8 azərbaycanlı Ukraynada həlak oldu - ADLAR
Paylaş:

Rusiyanın Ukraynaya qarşı apardığı müharibədə həyatını itirən azərbaycanlı əsilli hərbçilərin sayı artmaqda davam edir Modern.az xəbər verir ki, müxtəlif vaxtlarda Rusiya ordusunun tərkibində döyüşlərdə iştirak edən daha 8 Azərbaycan əsilli hərbçi və Azərbaycan vətəndaşının öldüyü məlum olub Həlak olan digər şəxslər isə bunlardır: Çiriyev Sədrəddin Mehman oğlu - 21 sentyabr 1992-ci ildə anadan olub. Leninqrad vilayətinin Tixvin şəhərində yaşayıb Əsədov Eltun Adil oğlu - 10 avqust 1994-cü ildə anadan olub. Yamalo-Nenets Muxtar Dairəsinin Noyabrsk şəhərində yaşayıb, 69-cu qvardiya motoatıcı diviziyasında xidmət edib Məmmədov Fərid Farizxan oğlu – 20 yanvar 1991-ci ildə anadan olub. Voronej vilayətinin Pavlovsk şəhərində yaşayıb Nuriyev Eldar Nəhmət oğlu – 1 noyabr 1970-ci ildə anadan olub. İrkutsk şəhərində yaşayıb, 137-ci həmlə briqadasında xidmət edib Abdullayev İlyas Əmin oğlu – 8 noyabr 1984-cü ildə anadan olub. Moskvada yaşayıb Talıbov Rafael Səttar oğlu – 8 iyul 1977-ci ildə anadan olub. Stavropol diyarının Aleksandrovskoye kəndində anadan olub, 7-ci Əlahiddə Moto-atıcı Briqadasında xidmət edib Osmanov Bayram Abdulla oğlu – 12 mart 1994-cü ildə anadan olub. Stavropol diyarının Kurskaya kəndində yaşayıb Sadıqov Teymur Əzizulla oğlu – Azərbaycan Respublikası vətəndaşı. Rusiya Ordusu ilə 1 illik hərbi müqavilə bağlayıb Qeyd edək ki, Rusiya-Ukrayna müharibəsi başlayandan bəri yüzlərlə azərbaycanlı həyatını itirib. Onların arasında Azərbaycan vətəndaşlığı olan şəxslər də var

Kaynak: modern.az

Diğer Haberler