15 İyun – yalnız tarix deyil, qurtuluş rəmzidir
İyunun 12-də Elm və Təhsil Nazirliyi Polimer Materialları İnstitutunda Elmi şuranın Milli Qurtuluş Gününə həsr olunan iclası keçirilib İnstitutun baş direktoru AMEA-nın müxbir üzvü, kimya elmləri doktoru, professor Bəxtiyar Məmmədov çıxışında Milli Qurtuluş Gününün xalqımız üçün dövlətçiliyimizin q

İyunun 12-də Elm və Təhsil Nazirliyi Polimer Materialları İnstitutunda Elmi şuranın Milli Qurtuluş Gününə həsr olunan iclası keçirilib İnstitutun baş direktoru AMEA-nın müxbir üzvü, kimya elmləri doktoru, professor Bəxtiyar Məmmədov çıxışında Milli Qurtuluş Gününün xalqımız üçün dövlətçiliyimizin qorunmasının, müstəqilliyimizin xilasının və müasir Azərbaycanın inkişaf yolunun əsasının qoyulmasını təcəssüm etdirən taleyüklü bir gün olduğunu bildirib Sonra Ümummilli Lider Heydər Əliyevin və müstəqillik yolunda canından keçən bütün şəhidlərimizin xatirələri bir dəqiqəlik sükutla yad edilib Daha sonra Beynəlxalq əlaqələr və qrant layihələri şöbəsinin müdiri Esmira İmanovanın çıxışı dinlənilib. O, ötən əsrdə ölkəmizin iki dəfə dövlət müstəqilliyini elan etdiyini deyib. Bildirilib ki, 1918-ci il mayın 28-də yaradılan Azərbaycan Xalq Cümhuriyyəti müstəqil dövlət kimi cəmi 23 ay fəaliyyət göstərib. 1991-ci il oktyabrın 18-də isə Azərbaycan Respublikasının Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul olunub. Müstəqillik haqqında Konstitusiya Aktı Azərbaycana sözün həqiqi mənasında müstəqillik gətirmədi. 1993-cü ilin əvvəllərindən Azərbaycanın ayrı-ayrı bölgələrində parçalanma meyilləri baş qaldırmağa başladı. Belə bir vaxtda Heydər Əliyev xalqın təkidli tələbi ilə ölkə rəhbərliyi tərəfindən Bakıya dəvət edildi. Azərbaycanın həqiqi müstəqillik tarixi Ulu Öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəldiyi tarixlə hesablanır. Bu gün Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyası Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir 15 İyun – yalnız tarix deyil, qurtuluş rəmzidir. Bu günü qeyd etməklə həm keçmişə hörmətimizi bildirir, həm də gələcək nəsillərə güclü, sabit və müstəqil Azərbaycan ideyasını aşılayırıq 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Diğer Haberler

75-ci məktubun işi məxfilikdən çıxarıldı. Onu imzalayanlar həbsdə olarkən, Taşiyev çoxuşaqlı ailəyə ev verir

Şəxsi hesabda xeyriyyə məqsədilə pul yığılmasının qadağan edilməsi təklif edilir
