Xaçmazda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə konfrans təşkil edilib
Xaçmaz rayonunda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilən konfrans keçirilib. Konfransda Milli Məclisin deputatı Ağalar Vəliyev, rayon rəhbərliyi və geniş ictimaiyyətin nümayəndələri iştirak ediblər Konfransdan öncə Heydər Əliyevin rayon mərkəzindəki abidəsi ziyarət

Xaçmaz rayonunda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilən konfrans keçirilib. Konfransda Milli Məclisin deputatı Ağalar Vəliyev, rayon rəhbərliyi və geniş ictimaiyyətin nümayəndələri iştirak ediblər Konfransdan öncə Heydər Əliyevin rayon mərkəzindəki abidəsi ziyarət olunub və abidənin önünə tər güllər qoyulub Milli Məclisin deputatı konfransda çıxış edərək qeyd edib ki, Ümummilli Liderin doğum günü ilə bağlı bütün bölgələrimizdə təşkil olunan silsilə tədbirlər müstəqilliyinin ən qüdrətli dövrünü yaşayan ölkəmizin qalib dövlət kimi şanlı Zəfərimizdən irəli gələn yeni hədəflərinin müəyyənləşdiyi əlamətdar bir dönəmə təsadüf edir Ulu Öndərin dövlətçilik tariximizdə müstəsna xidmətlərini xatırladan deputat onun azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı kimi müdrik siyasəti, dönməz əqidəsi, tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasını gerçəkləşdirməsini, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail olmasını xüsusilə vurğulayıb Bildirib ki, çağdaş dünyamızda geniş şöhrət qazanmış Heydər Əliyev Azərbaycan tarixində Ümummilli Lider statusu qazanmış yeganə şəxsiyyətdir. Bu nəhəng dühanın milli liderlik səviyyəsini fəth etməsi ən çətin və mürəkkəb məqamlarda ölkənin və xalqın taleyində həlledici rol oynaması, xilaskarlıq vəzifələrini qətiyyətlə həyata keçirməsi, dövlətini və millətini irəli aparması sayəsində mümkün olub Ulu Öndər istər sovet dövründə, istərsə də müstəqillik dönəmində liderlik funksiyalarının yüksək səviyyədə icra olmasını qətiyyətlə təmin edib. Fenomenal dövlət rəhbəri kimi fəaliyyət göstərdiyi 35 ilə yaxın bir dövrün Azərbaycan üçün bütün ümummilli məsələlərinin həlli onun adı ilə bağlıdır XX əsr dünya tarixinin ən parlaq simalarından və ən görkəmli dövlət xadimlərindən olan, xalqımızın müstəqillik arzusunu konkret dövlət modelində gerçəkliyə çevirərək milyonların qəlbində əzəmətli abidə ucaldan Heydər Əliyev müstəqil Azərbaycanın memarı, çağdaş dövlətçiliyimizin qurucusu və ölkəmizin dayanıqlı inkişaf strategiyasının müəllifi kimi hər zaman dərin hörmət və böyük ehtiramla anılır “Heydər Əliyevin ən böyük arzusu Qarabağın düşmən tapdağından azad edilməsi idi. Dahi şəxsiyyətin vəsiyyətini Müzəffər Ali Baş Komandan İlham Əliyev ləyaqətlə yerinə yetirdi və bütün ərazilərimizdə tam suverenliyimizi bərpa etdi. Hazırda doğma Qarabağımızda müasir standartlara cavab verən nəhəng infrastruktur layihələri, genişmiqyaslı quruculuq işləri və Böyük Qayıdış proqramı yüksək səviyyədə icra olunur Ölkə Prezidentinin son 23 il ərzində həyata keçirdiyi uğurlu dövlət siyasəti və konseptual islahatlar sayəsində yeni reallıqlar yaradan Azərbaycan bu gün regionun lider ölkəsi və qlobal strateji mərkəz kimi dünya çapında önəmli rol oynayır”, - deyə deputat vurğulayıb Ağalar Vəliyev sonda söyləyib ki, bu günün güclü Azərbaycanı məhz Heydər Əliyevin böyük uzaqgörənliklə müəyyənləşdirdiyi və Prezident İlham Əliyevin müdrikliklə həyata keçirdiyi mükəmməl strategiyanın bəhrələridir. Heydər Əliyev yolu ilə inamla irəliləyən Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə bundan sonra daha möhtəşəm uğurlar qazanacaq və daha uca zirvələr fəth edəcək 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


