Tenqri
Ana Səhifə
Dünya

Xalq-Lider birliyinin təntənəsi: Heydər Əliyev irsi və müasir Azərbaycan

ADU-da YAP-a yeni qəbul olunan gənclərə üzvlük vəsiqələri təqdim edilib İyunun 11-də Nəsimi Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatı və Azərbaycan Dillər Universitetinin (ADU) birgə təşkilatçılığı ilə 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş “Milli Qurtuluş Günü:

0 baxışazertag.az
Xalq-Lider birliyinin təntənəsi: Heydər Əliyev irsi və müasir Azərbaycan
Paylaş:

ADU-da YAP-a yeni qəbul olunan gənclərə üzvlük vəsiqələri təqdim edilib İyunun 11-də Nəsimi Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatı və Azərbaycan Dillər Universitetinin (ADU) birgə təşkilatçılığı ilə 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş “Milli Qurtuluş Günü: Xalq-Lider birliyinin təntənəsi” mövzusunda tədbir keçirilib AZƏRTAC xəbər verir ki, əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov çıxış edərək bildirib ki, tariximizin şanlı səhifələrindən biri olan Milli Qurtuluş Günü ölkəmizin gerçək müstəqilliyinin qorunub saxlanılmasını, vətəndaş qarşıdurmasından xilas olaraq sabitlik və inkişaf yoluna qədəm qoymasını təmin edən taleyüklü dönüş nöqtəsi kimi yaddaşlara əbədi həkk olunub. O qeyd edib ki, 1993–2003-cü illərdə ölkəyə rəhbərlik etmiş dahi şəxsiyyət Heydər Əliyevin uzaqgörən və müdrik siyasəti nəticəsində Azərbaycan dövlətçiliyi möhkəmlənib, milli müstəqillik qorunub və inkişafın möhkəm təməli yaradılıb Tahir Budaqov vurğulayıb ki, Ümummilli Liderin siyasətinin tarixi ənənələrə, milli-mənəvi dəyərlərə, dövlətçilik maraqlarına və müasir çağırışlara uyğun şəkildə davam etdirilməsi Azərbaycanı davamlı inkişaf yoluna çıxarıb. O, Ulu Öndərin zəngin dövlətçilik irsinin, eləcə də Milli Qurtuluş ideyalarının gənc nəslə dolğun şəkildə çatdırılmasında ali təhsil müəssisələrinin mühüm rol oynadığını diqqətə çatdırıb ADU-nun rektoru akademik Kamal Abdulla çıxışında bildirib ki, Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilası və inkişafının əsasını qoyan mühüm tarixi hadisədir. Rektor qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyası ölkənin bütün sahələrində olduğu kimi, təhsil sisteminin də müasirləşməsinə və beynəlxalq nüfuzunun artmasına şərait yaradıb. Kamal Abdulla vurğulayıb ki, Azərbaycan Dillər Universiteti bu siyasətin nəticəsi olaraq müxtəlif beynəlxalq reytinqlərdə uğurlar qazanmaqla yanaşı, universitetdaxili idarəetmədə şəffaflığın, müasir təhsil mühitinin və sağlam akademik ənənələrin formalaşdırılması istiqamətində mühüm nailiyyətlər əldə edib. O, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinin, milli-mənəvi dəyərlərə bağlılığının və dövlətçilik ənənələrinin qorunmasının ali məktəblərin qarşısında duran əsas vəzifələrdən biri olduğunu bildirib ADU-nun professoru Fərman Zeynalov çıxışında Ümummilli Lider Heydər Əliyevlə bağlı xatirələrini bölüşüb. O, dahi şəxsiyyətin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, milli həmrəyliyin təmin olunması və ölkənin gələcək inkişaf istiqamətlərinin müəyyənləşdirilməsində misilsiz xidmətlərindən danışıb Universitetin III kurs tələbəsi Fəxriyyə Mirzəyeva isə çıxışında Milli Qurtuluş Gününün Azərbaycan xalqının taleyində xüsusi yer tutduğunu vurğulayıb. O bildirib ki, bu əlamətdar tarix müstəqil Azərbaycanın gələcək inkişafının təməlini qoyub və gənc nəslin vətənə, dövlətə bağlılıq ruhunda yetişməsində mühüm rol oynayır Sonra YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov, ADU-nun rektoru Kamal Abdulla və YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov partiya sıralarına yeni qəbul olunmuş şəxslərə üzvlük vəsiqələrini təqdim ediblər 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler