Xalid Xalafalla: Halal iqtisadiyyatı investisiya, ticarət və davamlı inkişaf üçün böyük imkan yaradır
Halal iqtisadiyyatı bu gün qlobal iqtisadiyyatın ən dinamik inkişaf edən sahələrindən birinə çevrilib və onun potensialından istifadə üçün daha güclü regional inteqrasiya, investisiya və ticarət əlaqələri tələb olunur APA xəbər verir ki, bunu İnvestisiyaların və İxrac Kreditlərinin Sığortalanması ü

Halal iqtisadiyyatı bu gün qlobal iqtisadiyyatın ən dinamik inkişaf edən sahələrindən birinə çevrilib və onun potensialından istifadə üçün daha güclü regional inteqrasiya, investisiya və ticarət əlaqələri tələb olunur APA xəbər verir ki, bunu İnvestisiyaların və İxrac Kreditlərinin Sığortalanması üzrə İslam Korporasiyasının (ICIEC) Baş icraçı direktoru Xalid Xalafalla Bakıda keçirilən İslam İnkişaf Bankı (IsDB) Qrupunun 2026-cı il İllik Toplantısı çərçivəsində təşkil olunan “Davamlı Regional İnteqrasiya üçün Halal İqtisadiyyatı” adlı Nazirlər Sessiyasında deyib O bildirib ki, halal iqtisadiyyatı artıq yalnız qida və istehlak məhsulları ilə məhdudlaşmır. “Halal iqtisadiyyatı bu gün qlobal iqtisadiyyatın ən dinamik seqmentlərindən biridir. Bu sahə qida məhsullarından kənara çıxaraq istehsal, logistika, turizm, əczaçılıq, rəqəmsal həllər və davamlı sənaye inkişafını da əhatə edir”, – ICIEC rəhbəri qeyd edib. Xalid Xalafalla vurğulayıb ki, halal iqtisadiyyatı üzv ölkələr üçün investisiya, yeni iş yerlərinin yaradılması, sənayeləşmə və ticarətin genişləndirilməsi baxımından mühüm imkanlar təqdim edir “Halal iqtisadiyyatının potensialını tam reallaşdırmaq üçün daha güclü regional inteqrasiyaya, dəyər zəncirlərində əlaqələndirməyə, ticarət və investisiya axınlarının artırılmasına ehtiyac var”, – o bildirib ICIEC rəhbəri qeyd edib ki, İslam İnkişaf Bankı Qrupu halal iqtisadiyyatını iqtisadiyyatların şaxələndirilməsi, özəl sektorun inkişafı, ərzaq təhlükəsizliyi və davamlı böyümə üçün strateji platforma kimi qiymətləndirir Onun sözlərinə görə, IsDB Qrupu üzv ölkələrdə halal ekosistemlərinin inkişafına dəstək məqsədilə müxtəlif təşəbbüslər həyata keçirir: “Halal iqtisadiyyatının inkişafı yalnız strategiya və siyasətlərlə mümkün deyil. Bunun üçün investisiya, ticarət, maliyyə və risklərin azaldılması mexanizmləri lazımdır ki, şirkətlər sərhədlərarası fəaliyyət göstərə bilsinlər” O əlavə edib ki, ICIEC investisiya və ticarət risklərinin azaldılması, ixrac kreditlərinin sığortalanması və sərhədlərarası investisiyaların təşviqi istiqamətində mühüm rol oynayır. “Bizneslərin yeni bazarlara çıxması, investisiyaların cəlb olunması və halal dəyər zəncirinin gücləndirilməsi üçün etibarlı maliyyə və sığorta mexanizmləri vacibdir”, – Baş icraçı direktoru bildirib Xalid Xalafalla qeyd edib ki, forum yalnız müzakirə platforması deyil, konkret nəticələr və əməkdaşlıq imkanları yaratmalıdır. “Bu forumu ideyalardan həyata keçirməyə keçid üçün imkan kimi görürük. Məqsədimiz daha güclü tərəfdaşlıq qurmaq, investisiyaları artırmaq, ticarət imkanlarını genişləndirmək və üzv ölkələr üçün real iqtisadi nəticələr yaradan inteqrasiya olunmuş halal iqtisadiyyat formalaşdırmaqdır”, – o vurğulayıb


