BƏƏ Azərbaycanla tolerantlıq sahəsində ikitərəfli təcrübə mübadiləsini planlaşdırır (Eksklüziv) (VİDEO)
BAKI, Azərbaycan, 16 iyun. BƏƏ Əmirlik modelini təqdim etmək və təhsil müəssisələri arasında mədəniyyətlərarası dialoqu gücləndirmək üçün Azərbaycanla tolerantlıq sahəsində ikitərəfli təcrübə mübadiləsini həyata keçirməyi hədəfləyir “İlk növbədə bu tədbirin təşkilinə görə Azərbaycan Dillər Univers

BAKI, Azərbaycan, 16 iyun. BƏƏ Əmirlik modelini təqdim etmək və təhsil müəssisələri arasında mədəniyyətlərarası dialoqu gücləndirmək üçün Azərbaycanla tolerantlıq sahəsində ikitərəfli təcrübə mübadiləsini həyata keçirməyi hədəfləyir “İlk növbədə bu tədbirin təşkilinə görə Azərbaycan Dillər Universitetinə, eləcə də BƏƏ-nin Azərbaycandakı səfirliyinə dəstəyə və əməkdaşlığa görə təşəkkürümü bildirirəm” Əl-Nuaiminin sözlərinə görə, tədbir zamanı tərəflər Əmirliyin tolerantlıq modelinin əsas prinsiplərini, təhsil məsələlərini və mədəniyyətlərarası dialoqu müzakirə ediblər "Biz bu platformada öz təcrübəmizi və Birləşmiş Ərəb Əmirliklərində formalaşmış tolerantlıq modelini Azərbaycan auditoriyasına təqdim etməyə çalışırıq. Biz tolerantlıq prinsiplərini, təhsilin rolunu, müasir cəmiyyətdə qarşılıqlı hörmətin əhəmiyyətini müzakirə edirik", - o qeyd edib BƏƏ nümayəndəsi vurğuladı ki, bu cür təşəbbüslər beynəlxalq əməkdaşlığın inkişafına və humanitar sahədə qabaqcıl təcrübələrin mübadiləsinə töhfə verir "Biz ümid edirik ki, yaxın gələcəkdə gələcək işimizdə öz əksini tapacaq dəyərli tövsiyələr və təkliflər alacağıq", - Əl-Nuaimi əlavə edib O, həmçinin dinc yanaşı yaşama, tolerantlıq və qarşılıqlı anlaşma dəyərlərinin təşviqi üçün Azərbaycan və BƏƏ-nin təhsil müəssisələri ilə ekspert icmaları arasında əlaqələrin gücləndirilməsinin vacibliyini qeyd edib
Diğer Haberler

ABŞ-İran razılaşmasının təfərrüatları maddə-maddə açıqlandı - Kıbrıs Qəzeti - Kıbrıs Xəbərləri, KKTC Son Dəqiqə və Gündəm Xəbərləri

Aİ Ukrayna ilə danışıqların ilk fəslini açıb - QHA - Krım Xəbər Agentliyi
