WUF13 Azərbaycanın və BMT-nin bayraqlarının qaldırılması ilə başlayır
Mayın 17-də Birləşmiş Millətlər Təşkilatının İnsan Məskənləri Proqramının (UN-Habitat) Azərbaycan Respublikası hökuməti ilə birgə təşkil etdiyi Ümumdünya Şəhər Forumunun (WUF13) 13-cü sessiyası öz işinə başlayacaq "Report"un məlumatına görə, bu barədə "WUF13 Azerbaijan" Əməliyyat Şirkəti məlumat y

Mayın 17-də Birləşmiş Millətlər Təşkilatının İnsan Məskənləri Proqramının (UN-Habitat) Azərbaycan Respublikası hökuməti ilə birgə təşkil etdiyi Ümumdünya Şəhər Forumunun (WUF13) 13-cü sessiyası öz işinə başlayacaq "Report"un məlumatına görə, bu barədə "WUF13 Azerbaijan" Əməliyyat Şirkəti məlumat yayıb Bildirilir ki, tədbir BMT və Azərbaycanın bayraqlarının qaldırılması mərasimi ilə başlayacaq WUF13-ün ilk günündə Yeni Şəhər İnkişafı Gündəliyi çərçivəsində Azərbaycanın sədrliyi ilə nazirlərin görüşü keçiriləcək. 20 illik proqram dövrünün orta nöqtəsini qeyd edən bu görüş əldə edilmiş tərəqqi nəzərdən keçirmək, mövcud problemləri müəyyən etmək və gələcək istiqamətləri müəyyən etmək üçün mühüm imkan verəcəkdir Forum çərçivəsində müxtəlif assambleyalar da keçiriləcək. Birgə plenar sessiya açılacaq, ardınca: Qadınlar Assambleyası, Yerli və Regional Hökumətlərin Ümumdünya Assambleyası, İcma və Vətəndaş Cəmiyyəti Assambleyası, Uşaq və Gənclər Assambleyası və Biznes Assambleyası çıxış edəcək Forumun əlavə tədbirləri arasında BMT-Habitat, Qlobal Su Operatorları Tərəfdaşlıqları Alyansı və Azərbaycanın Dövlət Su Ehtiyatları Agentliyinin birgə təşkil etdiyi Qlobal Su Operatorları Tərəfdaşlıqları Alyansı (GWOPA) Assambleyası da var. Qeyd olunur ki, bu tədbir ilk dəfə Ümumdünya Şəhər Forumu çərçivəsində keçirilir Xatırladaq ki, WUF13 mayın 17-dən 22-dək Bakıda “Hamı üçün əlverişli mənzil: təhlükəsiz və dayanıqlı şəhərlər və qəsəbələr” mövzusunda keçiriləcək Mayın 17-də keçiriləcək tədbirlərin proqramı ilə WUF13 forumunun rəsmi səhifəsində tanış olmaq olar


