Tenqri
Ana Səhifə
Dünya

FHN-in Gəncə Regional Mərkəzi tərəfindən mülki müdafiə tədbirləri təşkil edilib

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi tərəfindən Tovuz Dövlət Sosial-İqtisadi Kolleсində “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” dərsi və “Socar Petroleum” QSC-nin 6 saylı Gəncə Neft Baza Sahəsində “Fövqəladə hallarda xilasetmə və digər təxirəsalınmaz işləri yerinə ye

0 baxışapa.az
FHN-in Gəncə Regional Mərkəzi tərəfindən mülki müdafiə tədbirləri təşkil edilib
Paylaş:

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi tərəfindən Tovuz Dövlət Sosial-İqtisadi Kolleсində “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” dərsi və “Socar Petroleum” QSC-nin 6 saylı Gəncə Neft Baza Sahəsində “Fövqəladə hallarda xilasetmə və digər təxirəsalınmaz işləri yerinə yetirərkən rəhbər heyətin qərar qəbuletmə bacarığının təkmilləşdirilməsi” mövzusunda mülki müdafiə məşqi keçirilib Bu barədə APA-ya FHN-in mətbuat xidmətindən məlumat verilib Bildirilib ki, dərs və məşqin keçirilməsində məqsəd vətəndaşların fövqəladə hallarla bağlı davranış qaydaları, mülki müdafiə sahəsində biliklərinin artırılması, fövqəladə hadisələrin qarşısının alınması məqsədilə profilaktik tədbirlərin görülməsi, bu sahədə rəhbər heyətin funksional vəzifələrini lazımi səviyyədə yerinə yetirməsi üzrə nəzəri bilik və praktiki vərdişlərinin təkmilləşdirilməsi, təşkilatçılıq və operativliyin artırılmasından ibarət olub Tədbirlər zamanı müəssisələrin heyətinin fövqəladə hal barədə xəbərdar edilməsi, xəbərdarlıq toplanışı siqnalı ilə qaldırılması, toplanma məntəqəsinə yürüş, toplanış və idarəetmənin təşkili üzrə fəaliyyətləri yoxlanılıb, təxliyə, “zərərçəkmişlərə ilkin yardımın göstərilməsi” və digər əməliyyatlar icra olunub, həmçinin funksional vəzifələrlə bağlı məruzələr dinlənilib Uğurla keçən tədbirlərdən sonra nəticələr təhlil edilib, aidiyyəti üzrə tapşırıqlar verilib

Kaynak: apa.az

Diğer Haberler