Azovda qəzaya uğrayan gəmidən xilas edilən Azərbaycan vətəndaşlarının geri qaytarılması istiqamətində işlər aparılır - XİN
BAKI, Azərbaycan, 6 iyun. İyunun 5-də Azov dənizində batan gəmidən xilas edilmiş Azərbaycan vətəndaşlarının geri qaytarılması istiqamətində işlər aparılır Mənbənin sözlərinə görə, Azərbaycanın Rusiyadakı səfirliyinin Konsulluq şöbəsinin əməkdaşları hazırda Yeyskdədirlər Mənbə qeyd edib ki, onlar

BAKI, Azərbaycan, 6 iyun. İyunun 5-də Azov dənizində batan gəmidən xilas edilmiş Azərbaycan vətəndaşlarının geri qaytarılması istiqamətində işlər aparılır Mənbənin sözlərinə görə, Azərbaycanın Rusiyadakı səfirliyinin Konsulluq şöbəsinin əməkdaşları hazırda Yeyskdədirlər Mənbə qeyd edib ki, onlar xəsarət alan və xilas edilən Azərbaycan vətəndaşlarına müvafiq konsulluq dəstəyi göstərirlər. Yaralıların vəziyyəti yaxşıdır, onlardan bir neçəsinin yaxın vaxtlarda xəstəxanadan buraxılacağı gözlənilir “Rusiyanın müvafiq qurumları tərəfindən həyata keçirilən axtarış-xilasetmə tədbirləri çərçivəsində ölənlərin şəxsiyyətinin müəyyən edilməsi və digər zəruri tədbirlər davam etdirilir Eyni zamanda xilas edilmiş Azərbaycan vətəndaşlarının sənədləşdirilməsi işlərinin aparılması, qayıtma şəhadətnamələrinin verilməsi, ölkəyə qayıtmalarının təşkili istiqamətində də zəruri tədbirlər görülür Xarici İşlər Nazirliyi məsələni xüsusi nəzarətdə saxlayır və aidiyyəti qurumlarla sıx əlaqələndirir Ölənlərin kimliyi və meyitlərinin ölkəmizə qaytarılması ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək”, - mənbə bildirib


