Tenqri
Ana Səhifə
Siyasət

Azərbaycan İstanbulda Sıfır Tullantı Forumunda təmsil olunur (FOTO)

BAKI, Azərbaycan, 5 iyun. İstanbulda 2026 Sıfır Tullantı Forumu keçirilir Türkiyə Respublikasının birinci xanımı Əminə Ərdoğan tərəfindən təsis edilən Sıfır Tullantı Vəqfi (Sıfır Atık Vakfı) tərəfindən təşkil edilən “Antalyaya doğru: İqlim tədbiri olaraq sıfır tullantı” adlı forum Antalyada COP31

0 baxıştrend.az
Azərbaycan İstanbulda Sıfır Tullantı Forumunda təmsil olunur (FOTO)
Paylaş:

BAKI, Azərbaycan, 5 iyun. İstanbulda 2026 Sıfır Tullantı Forumu keçirilir Türkiyə Respublikasının birinci xanımı Əminə Ərdoğan tərəfindən təsis edilən Sıfır Tullantı Vəqfi (Sıfır Atık Vakfı) tərəfindən təşkil edilən “Antalyaya doğru: İqlim tədbiri olaraq sıfır tullantı” adlı forum Antalyada COP31-ə gedən yolda praktiki iqlim tədbiri olaraq sıfır tullantı yanaşmasını təşviq etmək üçün yüksək səviyyəli platformadır Forumda 183 ölkədən hökumətlərin, nazirlərin, müxtəlif beynəlxalq təşkilatların, o cümlədən BMT-nin, işgüzar dairələrin, akademik dairələrin, maliyyə institutlarının, vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri bir araya gəlib. Azərbaycan nümayəndə heyətinə Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov rəhbərlik edir Forumda Türkiyə Sıfır Tullantı Fondunun təşkil etdiyi pavilyonla yanaşı, Azərbaycan da milli pavilyonla təmsil olunur. Heydər Əliyev Fondunun təşkil etdiyi pavilyonda Azərbaycanın tarixini, mədəniyyətini, təbiətini, memarlıq abidələrini, multikultural dəyərlərini əks etdirən materiallar nümayiş etdirilir. Bundan əlavə, ölkəmizin ekoloji siyasəti, Heydər Əliyev Fondunun ətraf mühitin mühafizəsi və parkların salınması, o cümlədən sağlam həyat tərzinin təbliği istiqamətində həyata keçirdiyi layihələr, işğaldan azad edilmiş Qarabağ zonasında aparılan bərpa və yenidənqurma işləri barədə məlumat verilir Bakıda keçirilən COP29 konfransında Heydər Əliyev Fondu və Sıfır Tullantı Fondu da birgə pavilyon keçirib. 2024-cü ildə imzalanmış anlaşma memorandumuna uyğun olaraq, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu və Türkiyənin birinci xanımı Əminə Ərdoğanın təşəbbüsü ilə yaradılan “Sıfır Tullantı” Fondu cəmiyyətin müxtəlif sektorlarının inkişafına töhfə verən davamlı həllərin işlənib hazırlanmasını, eləcə də ətraf mühitin mühafizəsi, mədəniyyət mübadiləsinin təşviqi və təbliği sahəsində əməkdaşlıq etməyi hədəfləyir Sıfır Tullantı 2026 Forumu iqlim gündəliyinin əsas elementi kimi sıfır tullantı konsepsiyasına həsr olunub. Müzakirələr zamanı əsas diqqət tullantıların qarşısının alınması, dairəvi təsərrüfat praktikasının həyata keçirilməsi, qida tullantılarının azaldılması və metan emissiyasının azaldılması tədbirlərinə, eləcə də onların şəhər səviyyəsində həyata keçirilməsinin mümkünlüyü nəzərə alınmaqla qısa müddətdə praktiki, ölçülə bilən nəticələrin əldə edilməsinə yönəlib. Tədbirin məqsədi “Sıfır Tullantı” konsepsiyası sahəsində əməkdaşlığı gücləndirmək, tərəfdaşlıq əlaqələrini genişləndirmək və birgə təşəbbüslərin həyata keçirilməsi üçün praktiki mexanizmləri müəyyən etməkdir Forum 2026-cı ildə Türkiyənin Antalya şəhərində keçiriləcək COP31 qlobal iqlim konfransına hazırlıq çərçivəsində həyata keçirilməsinə hazırlığın təmin edilməsi və maraqlı tərəflərin iştirakının gücləndirilməsi baxımından böyük əhəmiyyət kəsb edir İyunun 7-dək davam edəcək forumda sənaye və texnologiya, kənd təsərrüfatı və meşə təsərrüfatı, enerji və təbii ehtiyatları əhatə edən yüksək səviyyəli sessiyaların keçiriləcəyi gözlənilir. Bundan əlavə, mövzu günündə iqlim dəyişikliyi ilə mübarizə üçün yüksək effektiv və qısamüddətli bir fürsət kimi qida tullantılarının aradan qaldırılmasının aktuallığını nəzərə alaraq, “Qida tullantıları və metan” mövzusuna diqqət yetiriləcək Forum çərçivəsində bir sıra mühüm sənədlərin və təşəbbüslərin hazırlanacağı gözlənilir

Kaynak: trend.az

Diğer Haberler