Vəzifəli şəxslər küçə itlərinin yempulunu da mənimsəyiblər
Masallı Rayon Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyinin (MKTİB) yeyintidə ittiham olunan vəzifəli şəxslərinincinayət işi üzrə məhkəmə araşdırması başa çatıb Publika.az “Qafqazinfo”ya istinadla Lənkəran Ağır Cinayətlər Məhkəməsində hökm oxunub İş üzrə üç nəfər - MKTİB rəisi Məhərrəm Əliyev

Masallı Rayon Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyinin (MKTİB) yeyintidə ittiham olunan vəzifəli şəxslərinincinayət işi üzrə məhkəmə araşdırması başa çatıb Publika.az “Qafqazinfo”ya istinadla Lənkəran Ağır Cinayətlər Məhkəməsində hökm oxunub İş üzrə üç nəfər - MKTİB rəisi Məhərrəm Əliyev, qurumun baş mühasibi Qurbanxan İsgəndərov və şirkət rəhbəri Yaşar Heydərov mühakimə edilib. Onlar üçü də azadlıqdadır İttihamda yazılıb ki, təqsirləndirilən şəxslər onlara etibar edilmiş 73 min manatdan artıq dövlət vəsaitini mənimsəyiblər. Həmin pullar müxtəlif adlarla silinib. Məsələn, süpürgəçilərin maaşı, çayxana tikilişi və sair Amma ən maraqlı epizod isə başqadır. İş materiallarına əsasən, 73 min manatın 11 min 840 manatı sahibsiz itlərə yem alınması adı ilə “oğurlanıb”. Bu vəsait ayrı-ayrı vaxtlarda Yaşar Heydərovun şirkətinə köçürülüb. Amma küçə itlərinə həmin pullardan yem çatmayıb Məhkəmə istintaqı vaxtı bir çox ittihamlar sübut edilsə də, təsdiqini tapmayan bəzi epizodlar da olub. Bu da yekunda nəzərə alınıb. Həmçinin təqsirləndirilən şəxslər dəymiş ziyandan 35 min 380 manatını geri ödəyiblər Bunlara əsasən, təqsirləndirilən şəxslər üçü də azadlıqda qala biliblər. Onlardan M.Əliyevə şərti, Y.Heydərova azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası verilib. Qurbanxan İsgəndərovun isə ev dutaqlığında keçirdiyi müddət yetərli sayılıb Məmməd İbrahimin həbs müddəti uzadıldı Saleh Səmədovun məhkəmə iclası: Özünü qismən təqsirli bildi Ramiz Mehdiyev barədə qərar verildi Xətai məhkəməsindən medianın susdurma cəhdinə “yaşıl işıq” Fermada çobanın nitqi qüsurlu qızla münasibətinin üstü açıldı: “Onunla evlənmək istəyirdim” - TƏFƏRRÜAT Əhmədovdan rüşvət alan fransalı iş adamının cəzası azaldıldı Ramiz Mehdiyev barədə qərar verildi Əli Kərimlinin həbs müddəti uzadıldı Qardaş ölkədə helikopter qəzası: bütün ekipaj həlak oldu MÜTDA-dan “Son Zəng”lə bağlı müraciət - "Qadağandır" Eynulla Fətullayev “Ağabala”nı da satdı - FOTO Qrimaldonun özündən 2 yaş böyük sevgilisi: Onlar necə tanış olublar? - FOTOLAR Sabah 33 dərəcə isti olacaq Paşinyanın partiyasında kreslo mübarizəsi başladı: Əsas hədəf bu postdur


