Yeni təlim modelinin əsas üstünlükləri hansılardır?
10-11-ci sinifləri əhatə edən yeni ixtisaslaşdırılmış təhsil modeli məktəb daxilində şagirdlərin ali təhsilə hazırlığının daha səmərəli təşkili üçün nəzərdə tutulub Əsas məqsəd tələbələrin əlavə hazırlıq tələb etmədən birbaşa məktəbdə təşkil olunan təkmil təlim prosesi vasitəsilə ali təhsilə qəbul

10-11-ci sinifləri əhatə edən yeni ixtisaslaşdırılmış təhsil modeli məktəb daxilində şagirdlərin ali təhsilə hazırlığının daha səmərəli təşkili üçün nəzərdə tutulub Əsas məqsəd tələbələrin əlavə hazırlıq tələb etmədən birbaşa məktəbdə təşkil olunan təkmil təlim prosesi vasitəsilə ali təhsilə qəbul üçün zəruri olan bilik və bacarıqlara yiyələnmələrini təmin etməkdir Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə (MÜTDA) istinadən bildiririk ki, yeni tədris modeli orta təhsil səviyyəsində məktəbin akademik rolunun gücləndirilməsinə və məktəb daxilində tələbələrin ali təhsilə hazırlanması prosesinin daha səmərəli təşkilinə kömək edir Yeni model üzrə qəbulda 10 və 11-ci sinif şagirdləri iştirak edə bilər Yeni profilli təlim modelinin əsas üstünlükləri aşağıdakılardır: akademik nəticələrin yaxşılaşdırılmasına yönəlmiş təlim mühiti; abituriyentlər üçün təlimin sistemli və pulsuz təşkili; ixtisaslı müəllim heyəti; aylıq sınaq imtahanlarının təşkili; Tələbələrin yaradıcılıq, liderlik və sosial bacarıqlarını, eləcə də akademik hazırlığını inkişaf etdirməyə imkan verən fəaliyyətlər Əlavə məlumat üçün müvafiq rayon təhsil idarəsi ilə əlaqə saxlamağınız xahiş olunur Qeyd edək ki, ötən həftə 2026/2027-ci tədris ilində yeni ixtisaslaşdırılmış təhsil modelinin tətbiq olunacağı ümumi təhsil müəssisələrinə şagird qəbulu elan edilib


