Tenqri
Ana Səhifə
Dünya

Vuçiç: Siyasi rəqiblər bilirlər ki, indi xalqın iradəsi bir il əvvəlkindən fərqlidir

Serbiya Prezidenti Aleksandar Vuçiç iyunun 27-də Belqradın mərkəzində, Milli Assambleyanın qarşısındakı meydanda keçiriləcək Serbiya Tərəqqi Partiyasının (Srpska napredna stranka – SNS) toplantısında qarşıdakı seçkilərə hansı koalisiya ilə qatılacağını açıqlayacaqlarını bildirib "Report"un Balkan b

0 baxışreport.az
Vuçiç: Siyasi rəqiblər bilirlər ki, indi xalqın iradəsi bir il əvvəlkindən fərqlidir
Paylaş:

Serbiya Prezidenti Aleksandar Vuçiç iyunun 27-də Belqradın mərkəzində, Milli Assambleyanın qarşısındakı meydanda keçiriləcək Serbiya Tərəqqi Partiyasının (Srpska napredna stranka – SNS) toplantısında qarşıdakı seçkilərə hansı koalisiya ilə qatılacağını açıqlayacaqlarını bildirib "Report"un Balkan bürosu xəbər verir ki, Vuçiç "TV Prva" kanalına müsahibəsində, eyni zamanda, partiyanın namizədləri, proqramı və Serbiyanın gələcəyi ilə bağlı planları bölüşəcəyini diqqətə çatdırıb "Həmin vaxt şüarlarımızı da biləcəyik, hansı platforma ilə seçkiyə getdiyimizi, plan və proqramımızın nə olduğunu açıqlayacağıq", - o deyib və əlavə edib ki, dövlət qərarları barədə isə iyunun 28-də danışacaq Vuçiç dövlət məsələlərini partiya məsələlərindən ayırmaq istəyir. "Pensiyaçılar və ölkəmizdəki digər həssas qruplarla bağlı dövlət qərarlarını açıqlayacağam. Bütün bunları üç-dörd gün ərzində həyata keçirəcəyik", – Vuçiç bildirib O əlavə edib ki, SNS-in prezidentliyə namizədinin adını hələ açıqlamayacaq və hazırda bir neçə namizəd var: "İyunun 27-də keçiriləcək toplantıda səsvermə qutuları da quraşdırılacaq və vətəndaşlar Serbiyada həyata keçirilməsini və dəyişdirilməsini istədikləri əsas mövzular barədə fikir bildirə biləcəklər. Bu, insanların nə düşündüyünü öyrənmək üçün yaxşı bir araşdırma olacaq. Biz onların iştirakını gözləyirik" Vuçiç seçki gecəsindən heç bir qorxusu olmadığını da bəyan edib: "Seçki gecəsinə gəlincə, başqalarından fərqli olaraq mənim heç bir qorxum yoxdur. Əsas olan nəticə və xalqın iradəsidir. Onlar (siyasi rəqiblər - red.) da bilirlər ki, xalqın iradəsi bir il əvvəlkindən açıq şəkildə fərqlidir. Bir il əvvəl də onlar üçün qələbə asan olmayacaqdı. Bizim üçün də asan deyil, amma onlar üçün qat-qat çətindir" Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir

Kaynak: report.az

Diğer Haberler