İsrail ordusu Livanın cənubundakı 29 kəndin sakinlərindən evlərini tərk etməyi tələb edib
İsrail ordusunun sözçüsü Avichai Edri X sosial şəbəkəsində ərəb dilində verdiyi açıqlamada livanlı ailələrin təhlükə zonasından kənara Zəhrani çayının şimal sahilinə köçməsini tələb edib Ordu sözçüsü açıqlamasında “Atəşkəs razılaşmasını pozmaqda davam edən Hizbullaha qarşı qəti addımlar atmağa məc

İsrail ordusunun sözçüsü Avichai Edri X sosial şəbəkəsində ərəb dilində verdiyi açıqlamada livanlı ailələrin təhlükə zonasından kənara Zəhrani çayının şimal sahilinə köçməsini tələb edib Ordu sözçüsü açıqlamasında “Atəşkəs razılaşmasını pozmaqda davam edən Hizbullaha qarşı qəti addımlar atmağa məcburuq” dedi. “Ona görə də təhlükəsizliyiniz üçün dərhal evlərinizi tərk etməlisiniz” Edri vurğulayıb ki, Hizbullah döyüşçüləri, qurğuları və ya hərbi texnikası yaxınlığında olan hər kəs öz həyatını təhlükəyə atıb” “Asharq al-Awsat” qəzetinin məlumatına görə, İsrail əsgərləri hazırda Nəbatiyyə şəhərinin şərqindəki Əli Taher təpəsində “Hizbullah”ın postuna qarşı böyük əməliyyat keçirir. Kfar Tibnit və Zafat ətraflarından hücumlar zamanı oradakı İslami müqavimət birliklərini mühasirəyə almaq cəhdləri uğursuz alınıb. Hizbullahın kommünikesində qeyd edildiyi kimi, onun döyüşçüləri işğalçı qüvvələri dəf edib və bir neçə hərbi texnikanı sıradan çıxarıb Bundan əvvəl İsrail hava qüvvələrinin atəşkəsə baxmayaraq, Livanın cənubundakı Nəbatiyyə əyalətinə endirdiyi zərbələr nəticəsində 3 nəfər ölüb, 1 nəfər yaralanıb


