Tenqri
Ana Səhifə
Dünya

İlk dəfə: Məktəblilərin Respublika İdman Olimpiadası başlayır

Azərbaycanda ilk dəfə olaraq Elm və Təhsil Nazirliyi ilə Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı, o cümlədən “Baku City Circle” əməliyyat şirkəti və müvafiq idman federasiyalarının dəstəyi ilə Məktəblilərin Respublika İdman Olimpiadası keçiriləcək Elm Nazirliyindən bildirilib ki, olimpi

0 baxışhaqqin.az
İlk dəfə: Məktəblilərin Respublika İdman Olimpiadası başlayır
Paylaş:

Azərbaycanda ilk dəfə olaraq Elm və Təhsil Nazirliyi ilə Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı, o cümlədən “Baku City Circle” əməliyyat şirkəti və müvafiq idman federasiyalarının dəstəyi ilə Məktəblilərin Respublika İdman Olimpiadası keçiriləcək Elm Nazirliyindən bildirilib ki, olimpiadanın keçirilməsində məqsəd məktəblilər arasında idmanı inkişaf etdirmək, sağlam həyat tərzini təbliğ etmək, fiziki hazırlığı artırmaq və istedadlı gəncləri üzə çıxarmaqdan ibarətdir İştirakçılar ağır atletika, yüngül atletika, badminton, basketbol, boks, cüdo, yunan-Roma güləşi, sərbəst güləş, bədii gimnastika, stolüstü tennis, taekvondo və velosiped idmanı üzrə yarışacaqlar. Ümumilikdə olimpiadada ölkəmizin 59 rayon və şəhərindən 2000-dən çox məktəbli təmsil olunacaq. Olimpiadada iştirak edəcək məktəblilər Elm və Təhsil, Gənclər və İdman nazirliklərinin, eləcə də Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən uşaq-gənclər idman məktəblərinin məzunlarıdır İyunun 20-də “Baku Crystal Hall”da məktəblilərin Respublika İdman Olimpiadasının açılış mərasimi olacaq. Müsabiqə 21-26 iyun tarixlərində keçiriləcək

Kaynak: haqqin.az

Diğer Haberler