Frankfurtda Lufthansa təyyarəsinin burun şassisi qırıldı (video)
Frankfurt am Main hava limanında Boeing 787-9 Dreamliner təyyarəsi ilə bağlı insident nəticəsində Lufthansa-nın bir neçə əməkdaşı xəsarət alıb. Bu barədə DPA aviaşirkətin nümayəndəsinə istinadən məlumat yayıb Lufthansa hadisənin cümə axşamı saat 12:45 radələrində baş verdiyini təsdiqləyib “Təyya

Frankfurt am Main hava limanında Boeing 787-9 Dreamliner təyyarəsi ilə bağlı insident nəticəsində Lufthansa-nın bir neçə əməkdaşı xəsarət alıb. Bu barədə DPA aviaşirkətin nümayəndəsinə istinadən məlumat yayıb Lufthansa hadisənin cümə axşamı saat 12:45 radələrində baş verdiyini təsdiqləyib “Təyyarənin yanında dayanan zaman burun şassisi qəfil qırıldı”, - aviadaşıyıcının nümayəndəsi izah etdi Təyyarənin LH450 reysi ilə Frankfurt-Los-Anceles reysi yerinə yetirilməli idi Aviaşirkətin məlumatına görə, insident zamanı təyyarədə ekipaj üzvləri və yer işçisi olub. Sərnişinlərin minməsinə hələ başlanmayıb "Bir neçə əməkdaş yaralanıb və hazırda onlara tibbi yardım göstərilir", - Lufthansa bildirib Hadisənin dəqiq şəraiti səlahiyyətli orqanlarla birlikdə dəqiqləşdirilir. Texniki heyət və təcili yardım xidməti yerindədir

