Daşkənddə C5+1 çərçivəsində Mərkəzi Asiya və ABŞ mədəniyyət nazirlərinin görüşü keçirilib
5 iyun 2026-cı il tarixində Daşkənddə JW Marriott otelində C5+1 formatında Mərkəzi Asiya ölkələri və Amerika Birləşmiş Ştatlarının mədəniyyət nazirlərinin görüşü keçirilmişdir. Bu barədə Türkmənistan XİN məlumat yayıb Görüş 2025-ci ilin noyabrında Vaşinqtonda keçirilən C5+1 Sammiti zamanı əldə olun

5 iyun 2026-cı il tarixində Daşkənddə JW Marriott otelində C5+1 formatında Mərkəzi Asiya ölkələri və Amerika Birləşmiş Ştatlarının mədəniyyət nazirlərinin görüşü keçirilmişdir. Bu barədə Türkmənistan XİN məlumat yayıb Görüş 2025-ci ilin noyabrında Vaşinqtonda keçirilən C5+1 Sammiti zamanı əldə olunmuş razılaşmaların davamı olub və nəticədə mədəni irsin qorunmasına dair Birgə Niyyət Bəyannaməsi qəbul edilib Müzakirələr zamanı iştirakçılar mədəni irsin qorunması, öyrənilməsi və təbliği sahəsində gələcək əməkdaşlığın praktiki imkanlarını nəzərdən keçiriblər. Muzeylər, elmi-tədqiqat müəssisələri və ixtisaslaşmış təşkilatlar arasında birgə təşəbbüslərin inkişafına, o cümlədən mədəniyyət sektorunda mütəxəssislər üçün peşəkar mübadilələrin və potensialın artırılması proqramlarının genişləndirilməsinə xüsusi diqqət yetirilib Gündəliyə mədəniyyət sahəsində müasir texnologiyaların tətbiqi, o cümlədən tarixi və mədəniyyət obyektlərinin rəqəmsallaşdırılması və onların tədqiqi, sənədləşdirilməsi, mühafizəsi və ictimaiyyətə açıqlanmasına innovativ yanaşmaların tətbiqi ilə bağlı müzakirələr də daxil edilib Türkmənistanın mədəniyyət nazirinin müavini Q.Muradəliyev görüşdə çıxış edərək, Mərkəzi Asiya ölkələri ilə ABŞ arasında qarşılıqlı etimadın möhkəmləndirilməsi və konstruktiv dialoqun təşviqi üçün əsas alət kimi mədəni əməkdaşlığın əhəmiyyətini vurğulayıb O, Türkmənistanın mədəni irs abidələrinin bərpası, tədqiqi və mühafizəsi sahəsində beynəlxalq tərəfdaşlarla əməkdaşlıq təcrübəsini, habelə ABŞ Səfirlərinin Mədəni Qoruma Fondu tərəfindən dəstəklənən birgə layihələrin uğurla həyata keçirildiyini vurğulayıb İştirakçılar C5+1 çərçivəsində mədəni dialoqun davamlı inkişafının daha güclü humanitar əlaqələrə, genişlənmiş peşəkar əməkdaşlığa və iştirakçı ölkələrin xalqları arasında daha dərin qarşılıqlı anlaşmaya töhfə verəcəyinə əminliklərini ifadə ediblər
