Vəhşi at qalmaqalı böyüyür: Helikopterlərlə məhv, ölüm təhdidləri və etirazlar - FOTOLAR
Avstraliyanın Yeni Cənubi Uels ştatında yerləşən Snowy Mountains bölgəsində vəhşi atların helikopterlərdən vurularaq məhv edilməsi genişmiqyaslı etirazlara səbəb olub Publika.az xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb Bildirilib ki, rəsmilər 2027-ci ilə qədər Kosciuszko Milli Parkında

Avstraliyanın Yeni Cənubi Uels ştatında yerləşən Snowy Mountains bölgəsində vəhşi atların helikopterlərdən vurularaq məhv edilməsi genişmiqyaslı etirazlara səbəb olub Publika.az xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb Bildirilib ki, rəsmilər 2027-ci ilə qədər Kosciuszko Milli Parkında vəhşi at sayını 10 mindən 3 minə endirməyi hədəfləyir. Lakin bu qərar həm yerli sakinlər, həm də heyvan haqları müdafiəçiləri tərəfindən sərt şəkildə tənqid olunur Mübahisə artıq təkcə ekoloji yox, təhlükəsizlik probleminə də çevrilib. Bəzi akademiklər və əməliyyatı dəstəkləyənlər ölüm təhdidləri aldıqlarını bildirir. Eyni zamanda aktivistlərin helikopter pilotlarına lazer tuşlama, kameraların sıradan çıxarılması kimi müdaxilələr etdiyi iddia olunur Əməliyyatı müdafiə edən mütəxəssislər vəhşi atların ekosistemi ciddi şəkildə zədələdiyini bildirir. Onların fikrincə, dırnaqlı və iri heyvanlar torpağı sıxaraq bataqlıq və bitki örtüyünə geri dönməz zərər vurur Heyvan haqları müdafiəçiləri isə əməliyyatı “qeyri-insani” adlandırır. Onlar atların öldürülməsi əvəzinə sahibləndirmə və sterilizasiya kimi alternativ üsulların tətbiqini tələb edir Məlumata görə, əməliyyata qarşı çıxanların sayı artır və artıq 220 mindən çox imza toplanıb. Sosial şəbəkələrdə də əməliyyatın dayandırılması ilə bağlı çağırışlar edilir Rusiya Aİ-nin sanksiyalarını ələ saldı: Bu havada nəfəs almağı da qadağan edin Bu itlərlə bağlı qadağa: Uşaqlara hücum edirlər İranda sünni din xadimi saxlanıldı Lavrovdan Ermənistana sərt xəbərdarlıq: İki stulda oturmaq mümkün olmayacaq Tramp İrana meydan oxudu: Yaxın Şərqin zorakısı ölüb "Yaxşı polis, pis polis" - Aİ Rusiya ilə danışıqlar üçün xüsusi komanda yığır "Yaşıl Teatr" və Bələdiyyə Teatrı meriyadan alındı Bu institut ləğv edilir - Qərar Prezident Fərman imzaladı Bakıda piyada son anda ölümdən döndü - Anbaan video Ramiz Mehdiyev barədə qərar verildi Əli Kərimlinin həbs müddəti uzadıldı Qardaş ölkədə helikopter qəzası: bütün ekipaj həlak oldu MÜTDA-dan “Son Zəng”lə bağlı müraciət - "Qadağandır"


