Tenqri
Ana Səhifə
Dünya

Böyük Britaniya enerji ödənişlərini azaltmaq üçün Aİ ilə yeni saziş istəyir

Böyük Britaniya hökumətinin Avropa İttifaqı (Aİ) ilə danışıqlara cavabdeh naziri Nik Tomas-Simonds ölkənin enerji təhlükəsizliyinin təmin olunması və enerji ödənişlərinin azaldılması üçün Aİ ilə münasibətlərin daha da dərinləşdirilməsinin vacib olduğunu bildirib AZƏRTAC “The Independent”ə istinadla

0 baxışazertag.az
Böyük Britaniya enerji ödənişlərini azaltmaq üçün Aİ ilə yeni saziş istəyir
Paylaş:

Böyük Britaniya hökumətinin Avropa İttifaqı (Aİ) ilə danışıqlara cavabdeh naziri Nik Tomas-Simonds ölkənin enerji təhlükəsizliyinin təmin olunması və enerji ödənişlərinin azaldılması üçün Aİ ilə münasibətlərin daha da dərinləşdirilməsinin vacib olduğunu bildirib AZƏRTAC “The Independent”ə istinadla xəbər verir ki, Nik Tomas-Simonds London və Brüssel arasında enerji sahəsində yeni razılaşmanın əldə olunmasının “Brexit”dən sonra yaranmış bəzi mənfi nəticələrin aradan qaldırılmasına kömək edə biləcəyini bildirib. Onun sözlərinə görə, hazırda enerji alışı sistemi mürəkkəb, ləng və bahalı hesablamalara meyilli mexanizmə çevrilib. Nazir hesab edir ki, Böyük Britaniya ilə Aİ arasında elektrik enerjisi üzrə yeni saziş tərəflərə daha ucuz enerji təchizatında qarşılıqlı dəstək göstərməyə imkan verəcək “Bu əməkdaşlıq topdansatış enerji qiymətlərinin aşağı düşməsinə və nəticədə istehlakçıların enerji ödənişlərinin azalmasına səbəb ola bilər”, – deyə o vurğulayıb 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler