Tenqri
Ana Səhifə
Dünya

Veteran futbolçu: Dünya çempionatında Braziliyanı favorit hesab edirəm

Mundialda hansısa yığmanın böyük sensasiyaya imza atacağını proqnozlaşdırmaq çətindir. Çünki futbolda hər şey mümkündür Bu sözləri AZƏRTAC-a açıqlamasında veteran futbolçu Yunis Hüseynov qarşıdan gələn dünya çempionatı barədə danışarkən deyib O, mundialın hər zaman xüsusi ab-havaya malik olduğunu

0 baxışazertag.az
Veteran futbolçu: Dünya çempionatında Braziliyanı favorit hesab edirəm
Paylaş:

Mundialda hansısa yığmanın böyük sensasiyaya imza atacağını proqnozlaşdırmaq çətindir. Çünki futbolda hər şey mümkündür Bu sözləri AZƏRTAC-a açıqlamasında veteran futbolçu Yunis Hüseynov qarşıdan gələn dünya çempionatı barədə danışarkən deyib O, mundialın hər zaman xüsusi ab-havaya malik olduğunu bildirib: “Dünya çempionatı futbolçular üçün ən böyük turnirlərdən biridir. Bu yarış dörd ildən bir keçirilir və hər bir futbolçu orada uğur qazanmaq istəyir. Ona görə də belə turnirlərdə motivasiya tamam fərqli olur” Y.Hüseynov favoritlər arasında Braziliya millisinin də olduğunu qeyd edib: “Mən həmişə Braziliya yığmasının azarkeşi olmuşam. Bu komanda uzun illərdir dünya futbolunun aparıcı qüvvələrindən biridir. Ona görə də yenə onları favoritlərdən biri hesab edirəm” Veteran futbolçu Türkiyə millisinin də uğurlu çıxış edə biləcəyinə inandığını söyləyib: “Türkiyə son dövrlərdə yaxşı futbol nümayiş etdirir. Dünya çempionatına vəsiqə qazanmaq da bunun göstəricisidir. Komanda son oyunlarda özünü yaxşı tərəfdən göstərir. Hesab edirəm ki, qrup mərhələsini uğurla adlamaq və növbəti mərhələyə yüksəlmək şansları kifayət qədər yüksəkdir. Türkiyə millisinin əsas üstünlüklərindən biri meydanda sona qədər mübarizə aparmasıdır. Düşünürəm ki, bu xüsusiyyət dünya çempionatında da öz sözünü deyəcək və komanda uğurlu nəticələr əldə edə biləcək” Qeyd edək ki, dünya çempionatı iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada keçiriləcək 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler