Ağdərə rayonunun Aşağı Orataq kəndinə qayıdanlara evlərinin açarları təqdim olunub
Daha iki ailə (dörd nəfər) Ağdərə rayonunun Aşağı Orataq kəndinə qayıdıb Bu barədə "Report"a Xankəndi şəhəri, Ağdərin və Xocalı rayonları üzrə Yenidənqurma, Tikinti və İdarəetmə Xidmətinə istinadən məlumat verilib Onlara bərpa edilmiş fərdi yaşayış binalarının açarları təqdim olunub. Açarların t

Daha iki ailə (dörd nəfər) Ağdərə rayonunun Aşağı Orataq kəndinə qayıdıb Bu barədə "Report"a Xankəndi şəhəri, Ağdərin və Xocalı rayonları üzrə Yenidənqurma, Tikinti və İdarəetmə Xidmətinə istinadən məlumat verilib Onlara bərpa edilmiş fərdi yaşayış binalarının açarları təqdim olunub. Açarların təqdimat mərasimində Azərbaycan Prezidentinin Xankəndi, Ağdərə və Xocalı rayonları üzrə xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov, eləcə də Yenidənqurma, Tikinti və İdarəetmə Xidmətinin direktor müavini Mahmud Əfəndiyev iştirak ediblər Qəhrəmanov Vətənə qayıdan sakinləri təbrik edib, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan genişmiqyaslı bərpa işlərindən danışıb

