Naxçıvan Ali Məclisi Ombudsman haqqında qanunun ləğvi məsələsini müzakirə edəcək
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin (MM) 2026-cı il yaz sessiyasının beşinci iclasında Ombudsman haqqında qanunun ləğv edilməsi məsələsi müzakirə olunacaq "Report" xəbər verir ki, aprelin 10-da keçiriləcək iclasda Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti ha

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin (MM) 2026-cı il yaz sessiyasının beşinci iclasında Ombudsman haqqında qanunun ləğv edilməsi məsələsi müzakirə olunacaq "Report" xəbər verir ki, aprelin 10-da keçiriləcək iclasda Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabat da dinləniləcək Həmçinin “Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” qanunun ləğv edilməsi məsələsi də müzakirəyə çıxarılacaq. Birinci oxunuşda “Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatının statusu haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinə baxılacaq Gündəliyə “Azərbaycan Respublikasının bir sıra dövlət orqanlarının rəhbər işçiləri üçün yeni vəzifə maaşlarının müəyyən edilməsi haqqında” qərar layihəsi də daxil edilib Eyni zamanda, Naxçıvan Mərkəzi Seçki Komissiyasının tərkibində dəyişikliklərin edilməsi məsələsinə də baxılacaq


