Varşavada Türk Mədəniyyəti və İrsi Mərkəzinin təntənəli açılışı olub
Polşanın ən nüfuzlu ali təhsil ocaqlarından biri olan Varşava Universitetində Türk Mədəniyyəti və İrsi Fondunun maliyyə dəstəyi ilə ərsəyə gələn Türk Mədəniyyəti və İrsi Mərkəzinin təntənəli açılış mərasimi olub Fonddan AZƏRTAC-a bildirilib ki, tədbir Türk, Monqol və Tibet araşdırmaları kafedrasını

Polşanın ən nüfuzlu ali təhsil ocaqlarından biri olan Varşava Universitetində Türk Mədəniyyəti və İrsi Fondunun maliyyə dəstəyi ilə ərsəyə gələn Türk Mədəniyyəti və İrsi Mərkəzinin təntənəli açılış mərasimi olub Fonddan AZƏRTAC-a bildirilib ki, tədbir Türk, Monqol və Tibet araşdırmaları kafedrasının müdiri Yan Roqalanın təqdimatı və moderatorluğu ilə olub Tədbirdə Varşava Universitetinin Asiya və Afrika mədəniyyətləri fakültəsinin dekanı, professor Aqata Bareya-Stajinska, Azərbaycanın Polşadakı səfiri Nərgiz Qurbanova, Qazaxıstanın Polşadakı müşaviri Saule Turqinbekova, Türkiyənin Polşadakı müşaviri Sinem Turqut Bingöl, Özbəkistanın Polşadakı müşaviri Rovşanbek Jabborov çıxış ediblər. Çıxışlarda mərkəzin qurulmasında Türk Mədəniyyəti və İrsi Fondunun səyləri və maliyyə dəstəyi, eləcə də qurumlararası əməkdaşlığın önəmi qeyd olunub. Bildirilib ki, bu təşəbbüs həm elmi, həm də mədəni-diplomatik əlaqələrin güclənməsinə, gələcəkdə isə Avrasiya məkanında dialoqun genişlənməsinə mühüm töhfə verəcək Açılışda həmçinin Polşanın Elm və Ali Təhsil Nazirliyinin Beynəlxalq Əməkdaşlıq Departamentinin baş mütəxəssisi Aqneşka Bereza, Universitetin professor-müəllim heyəti və tələbələr iştirak ediblər Mərasimdə fəxri qonaq qismində çıxış edən Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti, professor Aktotı Raimkulova bu mərkəzin sadəcə bir məkan deyil, Şərqlə Qərb arasında mədəni körpü olduğunu vurğulayıb Professor Aktotı Raimkulova qeyd edib ki, bu mərkəz Fond ilə Varşava Universiteti arasında imzalanmış Anlaşma Memorandumunun, həmçinin tərəflərin qarşılıqlı etimada əsaslanan birgə səylərinin real bəhrəsidir. Mərkəzin tələbələr üçün Türk dünyasının zəngin dillərinə, tarixinə, incəsənətinə və ənənələrinə açılan bir qapı olacağını bildirən Fondun prezidenti, göstərilən dəstəyə görə Varşava Universitetinin rəhbərliyinə, həmçinin layihənin ilk günündən etibarən göstərdiyi şəxsi diqqət, fədakarlıq və səmərəli əməkdaşlığa görə Nərgiz Qurbanovaya və Azərbaycan Respublikası səfirliyinin kollektivinə dərin minnətdarlığını ifadə edib Tədbir çərçivəsində rəsmi lentkəsmə mərasimi keçirilib. Fondun prezidenti Aktotı Raimkulova, dekan, professor Aqata Bareya-Stajinska və Azərbaycanın Polşadakı səfiri Nərgiz Qurbanova mərkəzin rəsmi açılışını ediblər Daha sonra türk dövlətlərinin səfirlikləri və tərəfdaş qurumlar tərəfindən yeni yaradılmış mərkəzə xatirə hədiyyələri, elmi nəşrlər, mədəni eksponatlar və tədris materialları təqdim olunub Qeyd edilib ki, təhsil, emalatxana və sərgi məkanı kimi fəaliyyət göstərəcək mərkəz türk xalqlarının mədəni irsinin və müxtəlifliyinin Polşada tanıdılmasına, elm və mədəniyyət xadimləri ilə geniş ictimaiyyət arasında dialoqun güclənməsinə xidmət edəcək 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


