C.Naxçıvanski adına Hərbi Lisey onun yaranmasında Heydər Əliyevin rolunu xatırladıb - FOTO
Cəmşid Naxçıvanski adına Hərbi Liseyin fəaliyyətə başlaması Heydər Əliyevin adı ilə bağlıdır "Report" xəbər verir ki, bunu liseyin rəisi, polkovnik Anar Mirzəyev Milli Müdafiə Universitetinin nəzdində fəaliyyət göstərən Cəmşid Naxçıvan adına Hərbi Liseydə Heydər Əliyevin anadan olmasının 103-cü il

Cəmşid Naxçıvanski adına Hərbi Liseyin fəaliyyətə başlaması Heydər Əliyevin adı ilə bağlıdır "Report" xəbər verir ki, bunu liseyin rəisi, polkovnik Anar Mirzəyev Milli Müdafiə Universitetinin nəzdində fəaliyyət göstərən Cəmşid Naxçıvan adına Hərbi Liseydə Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş media-turda çıxışı zamanı deyib Media turunun iştirakçıları əvvəlcə liseyin ərazisindəki Heydər Əliyevin büstünü ziyarət etmiş, ümummilli liderin və şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər Sonra polkovnik Anar Mirzəyev liseyin fəaliyyəti haqqında məlumat verərək, onun yaradılmasının birbaşa Heydər Əliyevlə bağlı olduğunu vurğulayıb. Bildirdi ki, ümummilli lider Azərbaycan Silahlı Qüvvələri üçün milli kadrların və zabitlərin hazırlanmasına xüsusi diqqət yetirirdi İştirakçılar Heydər Əliyev Muzeyində də olub, onlara sərgilər, muzeyin yaranma tarixi və fəaliyyəti barədə məlumat verilib Media turu çərçivəsində lisey haqqında geniş məlumat təqdim olunub. Bildirilir ki, C.Naxçıvanski adına Hərbi Lisey 1971-ci ildə Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə Bakıdakı 2 nömrəli 8 illik internat məktəbinin bazasında yaradılıb Qeyd olunur ki, lisey Azərbaycan ordusu üçün zabit kadrlarının hazırlanmasında mühüm rol oynayır Həmçinin məlumat verilib ki, liseyə 9-cu sinfi bitirmiş 15-17 yaş arası şagirdlər qəbul olunur Media turu zamanı müəllimlər tədris prosesindən danışıb, kursantlar təhsil haqqında təəssüratlarını bölüşüblər


