Min illərlə həbs: Netanyahuya qarşı türk ədaləti - FOTO
Türkiyə prokurorları İsrailin baş naziri Binyamin Netanyahu və daha 34 İsrail rəsmisinin 1100 ilə 4500 il arasında həbs cəzası tələb edib. Bu barədə “Hürriyet” yazır Prokurorun hesabatı İstanbul 10-cu Ağır Cəza Məhkəməsinə göndərilib. Türkiyə qəzeti yazır ki, cinayətə “soyqırım, həbs, qəddar rəftar

Türkiyə prokurorları İsrailin baş naziri Binyamin Netanyahu və daha 34 İsrail rəsmisinin 1100 ilə 4500 il arasında həbs cəzası tələb edib. Bu barədə “Hürriyet” yazır Prokurorun hesabatı İstanbul 10-cu Ağır Cəza Məhkəməsinə göndərilib. Türkiyə qəzeti yazır ki, cinayətə “soyqırım, həbs, qəddar rəftar, ziyan vurma, soyğunçuluq və nəqliyyat vasitələrinin müsadirə edilməsi” daxildir. İttihamlar Qəzza zolağına humanitar yardım çatdırmaq istəyən mülki dəniz təşkilatının gəmilərinə qarşı İsrail hərbi əməliyyatı ilə bağlıdır Netanyahudan başqa müttəhimlər arasında İsrailin müdafiə naziri İsrael Katz, onun sələfi Yoav Qalant, irs naziri Amichai Eliyahu, milli təhlükəsizlik naziri İtamar Ben-Qvir, ordu qərargah rəisi Eyal Zamir və Hərbi Dəniz Qüvvələri komandanı David Saar Salama da var


