Tehran Pakistanın vasitəçiliyinə qarşıdır
İranın Pakistana ABŞ-la vasitəçi kimi ehtiyacı yoxdur və parlamentin sədri Məhəmməd-Bağer Qalibafın İslamabada səfəri baha başa gələn səhv idi. Bunu İranın öldürülmüş ali liderinin keçmiş müşaviri Məhəmməd Cavad Laricani deyib "Pakistanın baş naziri yaxşı insandır, lakin o, bizi və amerikalıları d

İranın Pakistana ABŞ-la vasitəçi kimi ehtiyacı yoxdur və parlamentin sədri Məhəmməd-Bağer Qalibafın İslamabada səfəri baha başa gələn səhv idi. Bunu İranın öldürülmüş ali liderinin keçmiş müşaviri Məhəmməd Cavad Laricani deyib "Pakistanın baş naziri yaxşı insandır, lakin o, bizi və amerikalıları danışıqlar üçün bir araya gətirməyə ehtiyac duymur; o, vasitəçi kimi çıxış etməyi bacarmalıdır. Əgər biz özümüz ABŞ-la danışmaq istəsək, bunu edəcəyik. Bizə vasitəçi lazım deyil", - deyə keçmiş müşavir bildirib Hazırda İranın Əsas Tədqiqatlar İnstitutuna rəhbərlik edən Laricani də deyib ki, insanlar İranın “heç bir şəraitdə nüvə proqramından əl çəkməyəcəyinə” əmin ola bilərlər


