Özbəkistanda internet istifadəçilərinin sayı 31 milyonu ötüb
İnformasiya texnologiyaları və rabitənin inkişafı naziri Şerzod Şermatov sahədə görülən işlər barədə məlumat verib Bildirilib ki, “Rəqəmsal Özbəkistan – 2030” Strategiyası əsasında respublika üzrə İT parkın 7 filialı fəaliyyətə başlayıb, 3 müvəqqəti filial yaradılıb Bundan əlavə, yerli büdcə hes

İnformasiya texnologiyaları və rabitənin inkişafı naziri Şerzod Şermatov sahədə görülən işlər barədə məlumat verib Bildirilib ki, “Rəqəmsal Özbəkistan – 2030” Strategiyası əsasında respublika üzrə İT parkın 7 filialı fəaliyyətə başlayıb, 3 müvəqqəti filial yaradılıb Bundan əlavə, yerli büdcə hesabına Qaraqalpaqıstan Respublikası, Buxara, Namanqan, Kaşkədərya, Surxandərya, Daşkənd, Nəvai vilayətlərində də təşkil olunması nəzərdə tutulur. Bu günə kimi İT-Park rezidenti kimi qeydiyyatdan keçən müəssisələrin sayı 1036-ya çatıb Beynəlxalq internet şəbəkəsinə qoşulmanın ümumi ötürmə qabiliyyəti 2,6 dəfə artırılaraq 3200 Gbit/s-ə çatdırılıb. Magistral telekommunikasiya şəbəkələrinin ötürmə qabiliyyəti regionlararası səviyyədə 600 Gbit/s, rayonlararası səviyyədə isə 60 Gbit/s-ə çatdırılıb Son iki ildə əlavə olaraq 1,7 milyon genişzolaqlı portun quraşdırılması nəticəsində ümumilikdə 4,4 milyon ev təsərrüfatı, sahibkarlıq subyekti və sosial sahə obyektinin genişzolaqlı internetə qoşulması üçün şərait yaradılıb Əhalinin internet xidmətindən istifadə edənlərin sayı 31 milyon nəfər artıb. Mobil internet istifadəçilərinin sayı 29,5 milyon nəfərdir. Həmçinin, son iki ildə 22 300 əlavə baza stansiyası quraşdırılaraq onların ümumi sayı 54 000-ə çatdırılıb. Respublikada mobil rabitənin əhatə dairəsi 99 faizə, genişzolaqlı mobil internetlə əhatə dairəsi 98 faizə çatıb Dövlət başçısının müvafiq qərarına uyğun olaraq 15 distant xidmət mərkəzi yaradılıb və orada 500 nəfər gənc işlə təmin olunub. Gənclərin startap layihələrini dəstəkləmək məqsədilə nazirlik və IT-Park tərəfindən 35 ali təhsil müəssisəsində inkubasiya mərkəzləri yaradılıb


