Rusiya paytaxtı terror aktları və dron hücumları ilə bağlı məlumatların dərcini məhdudlaşdıracaq
Moskvada terror aktlarının və pilotsuz təyyarələrin hücumlarının nəticələri barədə məlumatların dərcinə görə 200 min rubla qədər cərimə tətbiq edilir Caliber.Az Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə müvafiq qərar Moskva merinin və hökumətinin rəsmi saytında dərc olunub. Məhdudiyyətlər

Moskvada terror aktlarının və pilotsuz təyyarələrin hücumlarının nəticələri barədə məlumatların dərcinə görə 200 min rubla qədər cərimə tətbiq edilir Caliber.Az Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə müvafiq qərar Moskva merinin və hökumətinin rəsmi saytında dərc olunub. Məhdudiyyətlər paytaxtın antiterror komissiyası tərəfindən yalan məlumatların yayılmasının qarşısını almaq məqsədilə tətbiq edilib Yeni qaydalara əsasən, hakimiyyət orqanlarına, tabeliyində olan təşkilatlara, kütləvi informasiya vasitələrinə, fövqəladə hallar orqanlarına, hüquqi şəxslərə və vətəndaşlara Rusiya Müdafiə Nazirliyinin rəsmi məlumatı, paytaxt merinin və hökumətinin internet saytında, habelə şəhər başçısının rəsmi hesablarında və bloqlarında dərc olunana qədər Moskvada terror aktları və PUA hücumları haqqında mətn, foto və video materialların yayılması qadağandır Məhdudiyyətlər həmçinin pilotsuz uçan aparatların və digər məhvetmə vasitələrinin hücumlarının nəticələri, vətəndaşların həyat və sağlamlığına zərər vura biləcək hərəkətlər, habelə obyektlərə, o cümlədən mühüm infrastruktura ziyan vurması barədə məlumatlara da şamil edilir


