Tenqri
Ana Səhifə
Dünya

SOCAR-ın pavilyonu OGU2026 sərgisində "Ən Yaxşı Milli Stend Dizaynı" nominasiyası üzrə mükafata layiq görülüb

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf Daşkənd şəhərində keçirilən "Özbəkistanın nefti və qazı (OGU-2026)" 28-ci beynəlxalq sərgi-konfransında iştirak edib Bu barədə "Report" SOCAR-a istinadən xəbər verir. Tədbir çərçivəsində Özbəkistan Prezidenti Şavkat Mirziyoyev SOCAR

0 baxışreport.az
SOCAR-ın pavilyonu OGU2026 sərgisində "Ən Yaxşı Milli Stend Dizaynı" nominasiyası üzrə mükafata layiq görülüb
Paylaş:

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf Daşkənd şəhərində keçirilən "Özbəkistanın nefti və qazı (OGU-2026)" 28-ci beynəlxalq sərgi-konfransında iştirak edib Bu barədə "Report" SOCAR-a istinadən xəbər verir. Tədbir çərçivəsində Özbəkistan Prezidenti Şavkat Mirziyoyev SOCAR-ın prezidenti Rövşən Nəcəfi, BP şirkətinin baş vitse-prezidenti Ariel Floresi, BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Ciovanni Kristofolini qəbul edib R. Nəcəf Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını və ən xoş arzularını çatdırıb Ş. Mirziyoyev Prezident İlham Əliyevin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Azərbaycan Prezidentinə çatdırmağı xahiş edib SOCAR prezidenti BP-nin baş vitse-prezidenti və şirkətin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti ilə birgə Özbəkistanın energetika naziri Jurabek Mirzamahmudov və "Uzbekneftegaz" ASC İdarə Heyətinin sədri Abdugani Sanginov ilə üçtərəfli görüşlər keçirib Görüşlərdə Azərbaycan və Özbəkistan prezidentləri tərəfindən müəyyənləşdirilən uzaqgörən siyasətə uyğun olaraq, "Üstyurt" layihəsinin uğurla həyata keçirildiyi qeyd olunub. Müzakirələr zamanı "Üstyurt" investisiya blokları üzrə kəşfiyyat, işlənmə və hasilat fəaliyyətlərinin icrasına, tərəflər arasında əməkdaşlığın genişləndirilməsinə dair məsələlər barədə fikir mübadiləsi aparılıb. Üçtərəfli görüşlərdən sonra BP şirkətinin "Üstyurt" investisiya bloklarının kəşfiyyatı, işlənməsi və hasilatı üzrə Pay Bölgüsü Sazişinə qoşulmasına dair sənədlər imzalanıb SOCAR prezidentinin "MOL Group" şirkətinin icraçı vitse-prezidenti Zsombor Marton ilə görüşündə şirkətlər arasında uzunmüddətli tərəfdaşlıq münasibətlərindən məmnunluq ifadə olunub, birgə həyata keçirilən layihələrin icra vəziyyəti nəzərdən keçirilib R. Nəcəf tədbir çərçivəsində OGU-2026 sərgisi ilə də tanış olub SOCAR sərgidə öz pavilyonu ilə təmsil olunur. Stenddə SOCAR-ın müxtəlif fəaliyyət istiqamətləri, Azərbaycanda və xarici ölkələrdə həyata keçirilən əməliyyatlar, neft və qaz boru kəmərləri sistemi, "yaşıl enerji" təşəbbüsləri, rəqəmsal həllər və digər strateji layihələri haqqında məlumatlar ziyarətçilərə təqdim edilir Qeyd edək ki, SOCAR-ın pavilyonu OGU2026 beynəlxalq sərgisində "Ən Yaxşı Milli Stend Dizaynı" nominasiyası üzrə mükafata layiq görülüb Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir

Kaynak: report.az

Diğer Haberler