İstanbulda tramvay dayanacağında Özbəkistandan olan 6 yaşlı uşaq ölüb
İstanbulda tramvay dayanacağında Özbəkistandan olan altı yaşlı uşaq ölüb. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb Faciə iyunun 8-də tarixi Fatih rayonunda baş verib. Mərhumun ailəsinin Türkiyəyə istirahətə gəldiyi bildirilir Özbəkistanın İstanbuldakı Baş Konsulluğundan verilən məlumata görə, uşaq

İstanbulda tramvay dayanacağında Özbəkistandan olan altı yaşlı uşaq ölüb. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb Faciə iyunun 8-də tarixi Fatih rayonunda baş verib. Mərhumun ailəsinin Türkiyəyə istirahətə gəldiyi bildirilir Özbəkistanın İstanbuldakı Baş Konsulluğundan verilən məlumata görə, uşaq tramvaydan çıxarkən dayanacaq platforması ilə relslər arasında qalıb. Qatarın hərəkəti nəticəsində o, ağır bədən xəsarətləri alıb və hadisə yerində ölüb. Baş Konsulluq uşağın ailəsinə konsulluq və hüquqi yardım göstərdiklərini də bildirib. Polis hadisə ilə bağlı araşdırma aparır Bu ilin mayında Türkiyədə daha iki Özbəkistan vətəndaşı dünyasını dəyişib: polis 29 yaşlı özbək qadının ölüm səbəbini intihar adlandırır. İkinci hadisə Sakarya vilayətində baş verib, 54 yaşlı Özbəkistan vətəndaşı alüminium istehsalı zavodunda baş verən qəzada dünyasını dəyişib Bu il yanvarın 24-də İstanbulda Özbəkistan vətəndaşı Durdona Hakimovanın başsız meyiti zibil konteynerindən tapılıb. Daha sonra onun yaşadığı mənzildə daha bir özbəkistanlı qadın Sayyora Erqaşəliyevanın qətlinin izləri tapılıb. İş üzrə şübhəli bilinən şəxslər Türkiyədən Gürcüstana uçmaq istəyərkən saxlanılan həmyerliləridir Azattyq Asia – Azad Avropa/Azadlıq Radiosunun Mərkəzi Asiya üzrə rusdilli şöbəsi, AzadlıqRadiosu Azattyk Asia © 2026 RFE/RL, Inc. | Bütün hüquqlar qorunur


