Tenqri
Ana Səhifə
Dünya

Naxçıvanda Heydər Əliyev adına Hərbi Liseyə media turu keçirilib - FOTO

Müdafiə Nazirliyi ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Naxçıvan şəhərindəki Heydər Əliyev adına Hərbi Liseyə mediatur təşkil edib “Report” xəbər verir ki, əvvəlcə KİV nümayəndələri kursantlarla birlikdə Heydər Əliyev Muzeyini ziyarət ediblər. Onlar Heydər Ə

0 baxışcaliber.az
Naxçıvanda Heydər Əliyev adına Hərbi Liseyə media turu keçirilib - FOTO
Paylaş:

Müdafiə Nazirliyi ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Naxçıvan şəhərindəki Heydər Əliyev adına Hərbi Liseyə mediatur təşkil edib “Report” xəbər verir ki, əvvəlcə KİV nümayəndələri kursantlarla birlikdə Heydər Əliyev Muzeyini ziyarət ediblər. Onlar Heydər Əliyevin həyat və siyasi fəaliyyətini, o cümlədən Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsində rolunu əks etdirən eksponatlarla tanış olublar Sonra jurnalistlərə liseyin özündə yaradılan şərait nümayiş etdirilib. Onlar təhsil infrastrukturu, kursantların məişəti və gündəlik həyatının təşkili ilə yaxından tanış olublar. Onlara hərbi hazırlıq sistemi, bədən tərbiyəsi, nizam-intizam və vətənpərvərlik ruhunda tərbiyə işindən danışılıb. Dərslərə və məşqlərə başçəkmə zamanı KİV nümayəndələri kursantların hazırlıq səviyyəsini də qiymətləndiriblər Tarix müəllimi Mirismail Seyidov qeyd edib ki, lisey bu illər ərzində minlərlə kursant yetişdirib, onların bir çoxu bu gün Azərbaycan Silahlı Qüvvələrində xidmət edir O, məzunların 2016-cı ilin aprel döyüşlərində, 2020-ci ilin Vətən müharibəsində və 2023-cü ilin antiterror tədbirlərində iştirak etdiyini, onlardan 96 nəfərinin şəhid olduğunu əlavə edib “Biz professor-müəllim heyəti, zabitlər olaraq kursantlarımız qarşısında həmişə yüksək tələblər qoymuşuq, hələ 2020-ci il Vətən Müharibəsi başlamamışdan əvvəl onlara daim deyirdik ki, nə vaxtsa Silahlı Qüvvələrin Ali Baş Komandanı torpaqlarımızı işğaldan azad etmək əmri verəcək və onlar da bu müqəddəs missiyanın yerinə yetirilməsində iştirak edəcəklər” İngilis dili müəllimi Elnurə Rəcəbova liseydə işləməyin müəllimlər üçün böyük məsuliyyət olduğunu vurğulayıb. Onun sözlərinə görə, liseydə kursantlara təkcə hərbi biliklər deyil, həm də vətənpərvərlik dəyərləri, geniş dünyagörüşü, dil bilikləri aşılanır. O qeyd edib ki, məzunlar Türkiyə, İtaliya, Koreya və Rusiyanın hərbi təhsil müəssisələrində təhsillərini davam etdirirlər. Dilləri öyrənmək üçün liseydə müasir linqafon otaqları var O, Heydər Əliyevin “Güclü dövlətin mövcudluğu üçün peşəkar müəllimlərə, peşəkar zabitlərə böyük ehtiyac var” kəlamını xatırladaraq əlavə etdi ki, məqsəd savadlı, fədakar zabitlər hazırlamaqdır. Kursant Qalib Xəlilov uşaqlıqdan hərbi sahəyə maraq göstərdiyini qeyd edərək, Vətənə xidmətin onun üçün təkcə arzu deyil, həm də böyük məsuliyyət olduğunu vurğulayıb. Onun sözlərinə görə, Heydər Əliyev adına Hərbi Lisey bu yolun ən etibarlı başlanğıcıdır. Burada kursantlar təkcə bilik deyil, həm də nizam-intizam, məsuliyyət və vətənpərvərlik ruhunda tərbiyə olunurlar Media turu çərçivəsində jurnalistlər kursantlarla nahar ediblər

Kaynak: caliber.az

Diğer Haberler