Tenqri
Ana Səhifə
Dünya

Mingəçevirdə tamaşalar - fotolar

Mingəçevirdə ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Prezident Kuboku 2026” beynəlxalq reqatanın rəsmi açılış mərasimi olub Cure Olimpiya İdman və Tədris Mərkəzinin qarşısında keçirilən tədbirdə əvvəlcə reqata haqqında ətraflı məlumat verilib. Həmçinin bild

0 baxışhaqqin.az
Mingəçevirdə tamaşalar - fotolar
Paylaş:

Mingəçevirdə ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Prezident Kuboku 2026” beynəlxalq reqatanın rəsmi açılış mərasimi olub Cure Olimpiya İdman və Tədris Mərkəzinin qarşısında keçirilən tədbirdə əvvəlcə reqata haqqında ətraflı məlumat verilib. Həmçinin bildirilib ki, aprelin 28-i görkəmli oftalmoloq alim Zərifə xanım Əliyevanın doğum gününə təsadüf edir. Tədbir zamanı Heydər Əliyev və Zərifə xanım Əliyevaya həsr olunmuş videoçarx nümayiş etdirilib Açılış mərasimində çıxış edən Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin rəisi Azad Gözəlov və Azərbaycan Su Növləri Federasiyasının icraçı vitse-prezidenti Fərhad Əliyev Prezident İlham Əliyevin ölkəmizdə idmanın inkişafına göstərdiyi diqqət və qayğını xüsusi vurğulamışlar Qeyd olunub ki, belə mötəbər yarışların təşkili Azərbaycanın bir idman dövləti kimi nüfuzunun daha da güclənməsinə xidmət edir Eyni zamanda, Prezident İlham Əliyevin tapşırığı ilə Sərsəng su anbarında ilk dəfə yarışların keçirilməsi xüsusi əhəmiyyət kəsb edir Rəsmi hissədən sonra tədbir bədii proqramla davam edib. Proqram çərçivəsində xalq musiqisi nümunələri, iştirakçı ölkələrin milli musiqilərinə rəqs nömrələri və müxtəlif səhnə kompozisiyaları təqdim olunub Həmçinin tədbirdə son illərdə populyar olan “Döngə” musiqi qrupu konsert proqramı ilə çıxış edib. Açılış mərasimi ənənəvi atəşfəşanlıqla başa çatıb Məlumat üçün qeyd edək ki, aprelin 29-da reqata Suqovuşanda davam edəcək. Final yarışları aprelin 30-dan mayın 1-dək Mingəçevirdə keçiriləcək

Kaynak: haqqin.az

Diğer Haberler