Tenqri
Ana Səhifə
Dünya

Mingəçevirdə WUF13 Festivalı keçirilib - FOTO / Yenilənib

Mingəçevirdə Ümumdünya Şəhər Forumunun qarşıdan gələn 13-cü sessiyası barədə şəhər sakinləri və qonaqları arasında məlumatlılığın artırılması məqsədilə keçirilən WUF13 Festivalı başa çatıb Caliber.Az xəbər verir ki, ictimai proqram çərçivəsində interaktiv tədbirlər, maarifləndirici oyunlar, təqdim

0 baxışcaliber.az
Mingəçevirdə WUF13 Festivalı keçirilib - FOTO / Yenilənib
Paylaş:

Mingəçevirdə Ümumdünya Şəhər Forumunun qarşıdan gələn 13-cü sessiyası barədə şəhər sakinləri və qonaqları arasında məlumatlılığın artırılması məqsədilə keçirilən WUF13 Festivalı başa çatıb Caliber.Az xəbər verir ki, ictimai proqram çərçivəsində interaktiv tədbirlər, maarifləndirici oyunlar, təqdimatlar və ictimai müzakirələr vasitəsilə davamlı şəhər inkişafı, inklüziv şəhər mühiti, innovativ şəhər həlləri və gələcəyin şəhərləri kimi mövzular geniş auditoriyaya təqdim edilib 6200 nəfərin iştirakı ilə keçirilən interaktiv proqram çərçivəsində WUF13 və şəhərsalma, eləcə də Mingəçevir şəhərinin memarlıq abidələri ilə bağlı suallarla müsabiqələr təşkil olunub. Düzgün cavab verən iştirakçılara hədiyyələr verilib Mingəçevirdə şəhər sakinləri və qonaqları Ümumdünya Şəhər Forumunun qarşıdan gələn 13-cü sessiyası haqqında məlumatlandırmaq məqsədilə WUF13 Festivalı açılıb “Report” xəbər verir ki, axşam proqramı Heydər Əliyev parkının yanındakı meydanda təşkil olunub WUF13 Azərbaycan Əməliyyat Şirkətinin kommunikasiyalar üzrə meneceri Emin Hüseynzadə çıxışında belə tədbirlərin keçirilməsinin əhəmiyyətindən ətraflı danışıb. O, həmçinin qeyd edib ki, festival çərçivəsində müxtəlif faydalı ictimai proqramlar, o cümlədən interaktiv formatda təşkil olunub Maarifləndirici oyunlar, təqdimatlar və ictimai müzakirələr vasitəsilə geniş auditoriya davamlı şəhər inkişafı, inklüziv şəhər mühiti, innovativ şəhər həlləri və gələcəyin şəhərləri kimi mövzulardan xəbərdar olacaq

Kaynak: caliber.az

Diğer Haberler