Rusiya XİN diplomatik missiyalara və beynəlxalq təşkilatlara nota göndərib
Rusiya Xarici İşlər Nazirliyi mayın 9-da Moskvaya hücum olunacağı təqdirdə Kiyevə cavab zərbələri endirəcəyi barədə diplomatik missiyalara və beynəlxalq təşkilatlara nota göndərildiyini bildirib AZƏRTAC xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki

Rusiya Xarici İşlər Nazirliyi mayın 9-da Moskvaya hücum olunacağı təqdirdə Kiyevə cavab zərbələri endirəcəyi barədə diplomatik missiyalara və beynəlxalq təşkilatlara nota göndərildiyini bildirib AZƏRTAC xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, Moskvada akkreditə olunmuş bütün diplomatik nümayəndəliklərə Rusiya Müdafiə Nazirliyinin mayın 4-də yaydığı xəbərdarlığın mətni göndərilib Notada qeyd olunur ki, Kiyev Moskvaya hücum planlarını həyata keçirəcəyi təqdirdə, Rusiya Silahlı Qüvvələri tərəfindən Kiyevə, o cümlədən qərar qəbulu mərkəzlərinə cavab zərbələrinin endirilməsi qaçınılmaz olacaq M.Zaxarovanın sözlərinə görə, bəyanata səbəb mayın 4-də İrəvanda keçirilən “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısında Ukrayna Prezidenti Volodimir Zelenskinin Moskvada Qələbə Gününün qeyd edilməsini pozmaqla bağlı fikirləri olub. O vurğulayıb ki, Rusiya Müdafiə Nazirliyinin xəbərdarlığı məhz bu təhdidlərə cavab kimi yayılıb Rusiya XİN-in rəsmi nümayəndəsi bildirib ki, ölkənin xaricdəki diplomatik nümayəndəlikləri də Moskvanın mövqeyi barədə akkreditə olunduqları ölkələrə və beynəlxalq təşkilatlara əlavə məlumat verirlər M.Zaxarova Rusiya tərəfinin bəyanatlarına çox ciddi yanaşmağa çağırıb 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

