Kiyevdə Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş aksiya keçirilib - FOTO
Müasir müstəqil Azərbaycan dövlətinin memarı və yaradıcısı, xalqımızın dahi oğlu və Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü Ukraynanın paytaxtı Kiyevdə təntənəli şəkildə qeyd olunub AZƏRTAC xəbər verir ki, əvvəlcə Azərbaycanın Ukraynadakı səfirliyinin və SOCAR-ın Ukraynada

Müasir müstəqil Azərbaycan dövlətinin memarı və yaradıcısı, xalqımızın dahi oğlu və Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü Ukraynanın paytaxtı Kiyevdə təntənəli şəkildə qeyd olunub AZƏRTAC xəbər verir ki, əvvəlcə Azərbaycanın Ukraynadakı səfirliyinin və SOCAR-ın Ukraynadakı nümayəndəliyinin kollektivləri, Kiyev şəhərindəki Heydər Əliyev parkında ulu öndərin abidəsini ziyarət edən diaspor fəalları onun xatirəsini ehtiramla yad ediblər Sonra Kiyevdəki Azərbaycan-Ukrayna Dostluq Xiyabanında növbəti ağacəkmə tədbiri olub. Ölkəmizin səfirliyi və Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun birgə təşkil etdiyi tədbirdə SOCAR-ın Ukraynadakı nümayəndəliyinin əməkdaşları, Kiyev Şəhər Şurasının deputatları, Kiyev meriyasının məsul işçiləri iştirak ediblər Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyev Ulu Öndər Heydər Əliyevin Azərbaycan-Ukrayna münasibətlərinin banisi, müasir Azərbaycanın memarı olduğunu qeyd edib. "Bu gün Azərbaycan Heydər Əliyev ideyaları əsasında dinamik şəkildə inkişaf edir. Ulu Öndər Heydər Əliyevin işinin layiqli davamçısı Prezident İlham Əliyevin uzaqgörən siyasəti, düşünülmüş islahatları və müdrik qərarları sayəsində Azərbaycan indi öz inkişafının yeni mərhələsindədir", - deyə səfir vurğulayıb Kiyev Şəhər Şurasının deputatı Miroslava Smirnova AZƏRTAC -a müsahibəsində Azərbaycanın dəstəyinə görə minnətdarlığını bildirib "Mən Azərbaycan dövlətinə davamlı yaxşı, müsbət münasibətlərə və daimi dəstəyə görə minnətdaram. Rusiyanın Ukraynaya qarşı müharibəsi səbəbindən Kiyevin ekologiyası həqiqətən də pisləşib. Biz tez-tez Dnepr çayı üzərində uçan pilotsuz təyyarələrin vurulduğunu görürük, ona görə də ekoloji vəziyyət bir qədər mürəkkəbdir. Bu cür aksiyaların keçirilməsi son dərəcə vacibdir. Azərbaycanlı dostlarımızla birlikdə ətraf mühitin gözəlliyindən həzz alacağıq. şəhər”, - Miroslava Smirnova əlavə etdi Kiyev Şəhər Dövlət Administrasiyasının Ətraf Mühitin Mühafizəsi və İqlim Dəyişikliklərinə Uyğunlaşma şöbəsinin müdiri Pavel İvanov AZƏRTAC -a müsahibəsində qeyd etmişdir ki, Azərbaycan dövləti tərəfindən Kiyevdə ağacəkmə tədbirlərinin keçirilməsi gözəl ənənəyə çevrilmişdir "Dnepr sahillərində yerləşən parkda biz azərbaycanlı dostlarımızla birlikdə hər il yaxşı ənənənin şahidi oluruq. Bugünkü aksiya da təsadüfi deyil: bu, Azərbaycan xalqının Ulu Öndəri Heydər Əliyevin doğum gününə həsr olunub və bu ağaclar Dnepr sahillərini bəzəyəcək", - Pavel İvanov əlavə edib Qeyd edək ki, bu, Kiyevdə Dnepr çayının sağ sahilində salınmış xiyabanda ağac əkilməsi ilə bağlı dördüncü tədbirdir


