Tenqri
Ana Səhifə
Dünya

Qazaxıstandan İrana humanitar yardım çatdırılıb - FOTO

Tokayevin göstərişi ilə Qazaxıstanın beynəlxalq inkişaf agentliyi KazAID İrana humanitar yardım çatdırıb Bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyi məlumat yayıb Çatdırılma Qazaxıstanın Fövqəladə Hallar Nazirliyi, Səhiyyə Nazirliyi və Xarici İşlər Nazirliyi ilə birgə təşkil olunub. İranın Qızıl A

0 baxışcaliber.az
Qazaxıstandan İrana humanitar yardım çatdırılıb - FOTO
Paylaş:

Tokayevin göstərişi ilə Qazaxıstanın beynəlxalq inkişaf agentliyi KazAID İrana humanitar yardım çatdırıb Bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyi məlumat yayıb Çatdırılma Qazaxıstanın Fövqəladə Hallar Nazirliyi, Səhiyyə Nazirliyi və Xarici İşlər Nazirliyi ilə birgə təşkil olunub. İranın Qızıl Aypara Cəmiyyətinə humanitar yükün təhvil verilməsi mərasimi Seraxs dəmir yolu stansiyasında baş tutub "Humanitar yüklərə ət konservləri, şəkər, birinci dərəcəli un, tibbi məhsullar və dərmanlar daxildir. Qazaxıstan tərəfinin göndərdiyi humanitar yardım İran xalqına dəstək olmaq və sosial əhəmiyyətli ehtiyacların ödənilməsinə kömək etmək məqsədi daşıyır", - deyə departamentdən bildirilib Qazaxıstanın İrandakı səfiri Ontalap Onalbayevin qeyd etdiyi kimi, İran Qazaxıstanın Yaxın Şərq və İslam dünyasında mühüm siyasi, ticarət, iqtisadi və humanitar tərəfdaşlarından biridir "Dostlar çətin anlarda qazanılır. Qazaxıstan müxtəlif vaxtlarda İran xalqına ardıcıl dəstək verib", - səfir vurğulayıb İran Qızıl Aypara Cəmiyyətinin nümayəndəsi cavabında bu addımın iki ölkə arasında ikitərəfli əlaqələri və qarşılıqlı dəstəyi daha da gücləndirəcəyini vurğulayıb XİN-dən bildirilib ki, 30 vaqon həcmində humanitar yük Tehran şəhərinə çatdırılacaq və müvafiq qurumlar arasında bölüşdürüləcək

Kaynak: caliber.az

Diğer Haberler